Icma.az
close
up
RU
8 Mart TƏLƏSİ: Hədiyyə alanda diqqətli olun, Biabırçılıqdır!

8 Mart TƏLƏSİ: Hədiyyə alanda diqqətli olun, Biabırçılıqdır!

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində müxtəlif yanaşmalar gündəmə gəlir. Bu tarixin qeyd edilməsi ilə bağlı məsələ birmənalı qarşılanmır. Kimisi haqq verir, kimisi bayramın bütün qadınlarla əlaqəsinin olmadığını bildirir. Xüsusilə kişilərə hədiyyə aldırmağın zorakı hal aldığı deyilir. Həyat yoldaşına,  nişanlısına, sevgilisinə hədiyyə almayanlar isə bəzən qınaq obyekti olur.

8 Mart əslində necə qeyd olunmalıdır?

Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, kapitalizm sistemində bütün bayramlar biznes fəaliyyətinə çevrilib:

"Kütləvi şəkildə istehlak çılğınlığı formalaşdırmağa çalışırlar. Yəni hamı bahalı hədiyyə almalı, müxtəlif əyləncə və xidmətlərdən istifadə etməlidir. Halbuki bunların bayramın mahiyyətinə zərrə qədər aidiyyəti yoxdur. 8 Mart isə işçi qadınların hüquqlarının beynəlxalq müdafiəsi günüdür. Sonradan bu tarix qadınların bayramı kimi qeyd olunsa da, bunu doğru hesab etmirəm. Qadın və kişinin ayrıca günü ola bilməz. 8 mart zəhmətkeş, əməkçi, işçi qadınlara aiddir, digərlərinə yox. Keçmişdə sözügedən bayramda hər kəs qadınları sözlə, açıqca ilə təbrik edirdilər, bir ədəd gül və ya kitab bağışlayırdılar. Getdikcə 8 Mart tarixi biabırçı vəziyyətə gəlib çatdı".

Ekspert bildirib ki, artıq kişilərdən bahalı hədiyyə gözləyirlər:

"Bu, praktiki olaraq ən azı 90 faiz üçün mümkün deyil. İnsanlar arasında qarşılıqlı sosial-psixoloji münasibətlərin kəskinləşməsinə səbəb olur və qeyri-insani, qeyri-əxlaqi, mədəni olmayan prosesdir. Normal, sağlam adamlar belə hallara yol vermirlər. İstənilən beynəlxalq gün sadə qaydada qeyd edilə bilər. Hər il belə bayramlardan sonra zibilliklərdə gül buketləri görürük. Deməli, boşuna xərclər çəkilir, kənara atılır, heç bir mənası da olmur. Təklif edirəm ki, qadınlara kitab hədiyyə edilsin, oxumağa həvəs artsın. Kimsə yüksək məbləğə nəsə almaq istəyirsə, bahalı kitablar da var - 50-100 manata. Heç nəyi cızığından çıxarmaq lazım deyil".

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri