Icma.az
close
up
RU
8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? FOTO

8 Mart yaxınlaşır: Hədiyyə, əyləncə və məkanı necə seçməli? FOTO

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

8 Mart - həyatımızın hər anında iz qoyan, səssizcə dəstək olan, sevgisi ilə güc verən qadınların görünməyən zəhmətini, səbrini dəyərləndirmək, "sən bizim üçün çox qiymətlisən" demək üçün ən yaxşı fürsətdir.

Oxu.Az-ın əməkdaşı 8 Martı xanımlar üçün yaddaqalan etməyin yollarını araşdırıb. Hansı hədiyyəni seçməli, harada qeyd etməli - hamısı bir materialda.

Ən populyar hədiyyə

Bu günün ən vazkeçilməz və populyar hədiyyəsi, sözsüz ki, çiçək, gül dəstəsidir. Bir qızılgüllə məsələni həll etmək istəyən azı dörd manatından keçməlidir. Üç ədəd zanbaqdan tutulan buket isə təxminən 8-10 manata başa gələcək.

Bakıdakı müxtəlif gül mağazalarında tək güllərin qiymətləri aşağıdakı kimidir:

- Qızılgül - 4-6 manat;

- Çobanyastığı - 3-5 manat;

- Nərgizgülü - 2 manat;

- Zanbaq - 2 manat 50 qəpik - 3 manat;

- Payızgülü (xrizantema) - 3-4 manat.

8 Martda xanımı 101 qızılgüldən hazırlanmış buketlə təəccübləndirib, paxıllığını çəkənlərin bağrını yarmaq istəyən bəylər isə ən azı 500 manatları ilə vidalaşsınlar.

Zər qədrini zərgər bilər

Gümüş və qızıl bəzək əşyaları hədiyyə edənlər də az deyil. Gümüş aksesuarların qiyməti 45-80 manat arasındadır. Qızıl zərgərlik məmulatlarının qiyməti isə çəkisinə (qramına) və istehsalçı fərqinə görə dəyişir. 585 əyarlı qızılın bir qramı 215-220 manat, 750 əyarlı qızılın bir qramı isə 300-310 manat arasında qərarlaşıb.

Xoşbəxtlik qaynağı - şokolad

Son illərin dəbi olan şokoladdan hazırlanmış buketlər və hədiyyə qutuları da 8 Mart üçün ən çox seçilən variantlar sırasındadır. Həm qeyri-adi görünüşü, həm də şirin dadı ilə bu cür sürprizlər ikiqat sevinc yaşadır. Belə seçimlər həm klassik gül buketinə alternativdir, həm də yaddaqalan, fərqli bir jest kimi dəyərləndirilir.

Bu cür hədiyyələrin qiymətləri isə 40-200 manat arasında dəyişir.

Unudulmaz rayihə

8 Martda populyar hədiyyələrdən biri də ətirdir. Bakıda saysız-hesabsız ətir mağazalarında ən ucuz qiymətlər bir qram üçün 1 manatdan başlayır. Həmçinin ətirləri onlayn mağazalardan da sifariş vermək mümkündür. Bunun üstünlüyü isə həm parfümün xüsusiyyətlərini, ətir çalarlarını, həm də qiymət baxımından variantlarını seçmək imkanının genişliyidir. Əsas odur ki, ətrin sahibəsinin zövqünü yaxşı biləsən.

Vaxtı tutmaq

Hədiyyə seçimində qol saatları üzərində dayananlar da az deyil. Burada da qiymətlər keyfiyyətə, istehsalçıya və hazırlandığı materiala görə dəyişir.

Nisbətən keyfiyyətli və gözoxşayan bir qol saatı hədiyyə etmək istəyənlər büdcəsindən 40-200 manat aralığında pul ayırmalıdırlar.

Həm ziyafət, həm zərafət

8 Martı evdə deyil, restoran, yaxud kafedə qeyd etməyi düşünənlər də az deyil. Artıq bir çox restoranlarda Beynəlxalq Qadınlar Günü üçün məxsusi kampaniyalar hazırlanıb.

Metronun "Nərimanov" stansiyası yaxınlığında yerləşən restoranların bəzilərində 8 Marta özəl desertlər təqdim olunur.

Nizami rayonu ərazisində fəaliyyət göstərən restoranda isə bir nəfər üçün depozit ödəniş 120 manatdır.

Bir çox restoranlar isə martın 8-də qastronomiya və musiqinin sintezindən ibarət bayram ovqatı bəxş etməyə çalışacaqlar. Belə ki, bir-birindən ləziz təamları elə o qədər də zövqlü canlı musiqi sədaları altında dada bilərsiniz. Bayramı bu cür ab-havada keçirmək istəyənlər restoranların yerləşmə məkanından asılı olaraq bir nəfər üçün 25-140 manat aralığında ödəniş etməli olacaqlar.

Bulvardakı restoranlarda da xüsusi menyular tərtib edilib: qiymətlər 60-70 manat arasında dəyişir. Menyuya müxtəlif növ salatlar, soyuq qəlyanaltılar, kabablar, kompotlar daxildir.

Musiqi, rəqs, əyləncə

8 Martda sırf mədəni proqram düşünənlər üçün Bakıda həmin gün geniş spektrdə tədbirlər nəzərdə tutulur.

Şam işığında musiqinin sehrinə dalmaq istəyənlər Kapelhausa baş çəkə bilərlər. Burada 18:30-dan 19:30-dək qadınlara həsr olunmuş musiqi gecəsi keçiriləcək. Biletlərin qiyməti 20 manatdan başlayır.

Müxtəlif klublarda təşkil olunacaq konsertlərdə Zamiqi dinləmək istəyənlər bir nəfər üçün 25, Könül Kərimovanın pərəstişkarları 35, Röyaya qulaq asmaq istəyənlər isə 40 manat ödəməli olacaqlar.

Caz həvəskarları isə İçərişəhərdə yerləşən klubda 25 manat ödəyərək 20:15-dən 22:00-dək möhtəşəm ifalardan həzz ala bilərlər.

Martın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ("Zal qızı Zalxa"), Rəşid Behbudov adına Mahnı Teatrı ("Lalalend" müzikli), Gənc Tamaşaçılar Teatrı ("Solğun çiçəklər"), "M Teatr" ("Yad qadının məktubu"), Akademik Milli Dram Teatrı ("Xurşidbanu Natəvan") qadınlara həsr olunmuş tamaşalar nümayiş etdirəcəklər. Bilet qiymətləri 8-50 manat arasında dəyişir.

Müxtəlif kinoteatrlarda ən ucuz 8 manatdan başlayan qiymətlərlə ən müxtəlif janrlı filmləri baş-başa izləyə bilərsiniz.

Əgər səs-küy sizin üçün deyilsə, o zaman Bakının parkları hüzurunuzdadır. Bayram gününü səliqəli, gözoxşayan xiyabanda gəzinti ilə tamamlaya bilərsiniz. Çünki sevindirməyin ölçüsü hədiyyənin qiymətindən deyil, onu hansı hisslərlə təqdim etməyinizdən asılıdır. Bir baxış, bir səmimi söz bəzən ən bahalı əşyadan daha güclü iz buraxır.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:385
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Mart 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri