Icma.az
close
up
RU
8 Noyabr birliyimizin təntənəsidir İqbal Ağazadə yazır

8 Noyabr birliyimizin təntənəsidir İqbal Ağazadə yazır

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəfərin 5-ci ili... Nə qədər sadə və asan səslənir...

Sovet dönəmində bizə o qədər "ələmətdar" tarixlər sırındı ki, gerçək ələmətdarlığın nə olduğunu da anlamış kimi deyilik...

8 NOYABR...

AZƏRBAYCAN tarixinin ən möhtəşəm günü, 28 may Cümhuriyyət gününə bərabər gün, Xankəndini , Ağdərəni, Xocavəndi, Əsgəranı, gördüyümüz, hiss etdiyimiz gün...

Milli qürurun, daxili inamın özünə qayıtdığı gün...

Məğlubiyyət sindromunu içimizdən atdığımız gün...

Şuşanın günü...

Tarix boyu Şuşa AZƏRBAYCAN üçün simvol olub.

Dövlətçiliyin simvolu Bakı olmuşsa, suverenliyin və mənəviyyatın simvolu Şuşa ilə ölçülmüşdür.

Bəlkə tarix boyu başına çox oyunlar gəldiyi üçün biz Şuşa deyəndə dodağımız yeddi yerdən parçalanıb.

Bəlkə son erməni istilasında Qalanın itirilməsi digər rayonların süqutu və ardıcıl itkilərimizi şərtləndirib...

Bəlkə, bəlkə, bəlkə...

Lakin bir həqiqət danılmazdır - Şuşa alındıqdan sonra dizimiz üstdən qalxdıq, mənəviyyatımız məğlubiyyət kirindən təmizləndi, özümüzü qürurlu və cəsur hiss etdik.

Biz Şuşadan sonra Xankəndini "görə bildik".

Ermənistanın işğal etdiyi torpaqların azadlığından danışanda - "Şuşasız, Kəlbəcərsiz, Laçınsız Azərbaycan yoxdur!" - deyirdik.

Məhz Şuşa işğaldan azad ediləndən sonra " Bəs Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran? " sualı hamını düşündürdü.

Kimi xoş, kimi hakimiyyətə təzyiq üçün...

Amma fərqi yoxdur...

Şuşa bizim suverenlik gözümüzü açdı.

Şuşa bizi özümüzə qaytardı...

İndidən baxanda sanki heç o torpaqları itirməmişdik, heç müstəqilliyimizə, suverenliyimizə qəsd olmamışdı, torpaqlarımız 30 il erməni işğalında olmamışdı.

Yalnız dağılmış yurd yerlərini görəndə o acı tarixi xatırlayırıq...

Unutmayaq...

O torpaqlar üçün 30 min şəhid vermişik, 10 minlərlə insan fiziki cəhətdən əlil olub, bütöv Azərbaycan mənəvi şikəstlik yaşayıb.

Mən hələ yarımçıq taleləri, çalınmayan toyları, itirilən mənəvi dəyərləri, ata nəvazişi görməyən körpələri, dağılan yurd yerlərini, iqtisadiyyatımıza dəyən zərərləri demirəm.

Bir az da geriyə qayıtsaq erməni vandalizmi nəticəsində İrəvanı, Göyçə, Zəngəzuru itirməyimizi, milyona yaxın soydaşımızın dədə-baba yurdundan didərgin düşməsini, soyqırımları, daşnak zülmünü, yiyəsiz qalan məzarlıqları da unutmamalıyıq.

Siyasi tərəfdən baxanda isə mənzərə daha vəhim görünür.

Qarabağ Azərbaycan dövlətinin, müstəqilliyinin, suverenliyinin təhdidinə, qara yarasına çevrilmişdi.

Kim bizi əzmək, dirçəlməyə qoymaq istəmirdisə Qarabağdan atılan ox sinəmizə saplanıb bizi yarımcan edirdi.

Ta 8 noyabra kimi...

Niyə 8 NOYABRI 19 sentyabr 2023-dən daha əhəmiyyətli hesab edirəm?

Çünki 19 sentyabr 8 noyabrın Zəfərindən doğuldu.

200 illik zülmün sonu üçün ilk qələbə əldə edildi, hədəf müəyyənləşdi.

44 günlük savaşın 19-cu günündə Müzəffər Ali Baş Komandan " bu iş Şuşasız olmayacaq " deyəndə Şuşanın üzünə gün doğmuşdu.

Və elə Cənab Ərdoğanla Şuşaya ilk səfərində Türkiyə prezidentinin Xankəndini göstərib "Otelin açılışı oradamı olacaq?" sualını verəndə, Cənab Prezident "İnşallah, orda da olacaq" demişdi.

Xankəndi o gün əslində azad olmuşdu - düşüncədə, fikirdə, hədəfdə...

Biz 8 NOYABR ZƏFƏRİNİ tarixin öz içində yaşadığımızdan hələ layiqincə dəyərləndirə bilmirik.

Nələri qazandığımızı fərq etmirik, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaza necə bir töhfə vermişik, hələ mahiyyətini çatdıra bilmirik.

Biz Cənubi Qafqazı poliqon olmaqdan qurtarmışıq, biz böyük Rusiya imperiyasının əl-ayağını geniş mənada Qafqazdan kəsmişik, biz barış və sülh gətirmişik, biz çoxmillətli Cənubi Qafqazda imperiyaların əlində ən böyük vasitə olan separatizmə amansız zərbə vurmuşuq.

Və biz bu qələbə ilə Azərbaycanı gələcək nəsillər üçün xilas etmişik.

Daha torpaq, işğal, qaçqınçılıq, separatçılıq kimi xaos gətirən amillər gələcək nəsilləri təhdid etməyəcək .

Biz övlad itirmirik, müharibə qorxumuz yoxdur.

Bəli, problemlərimiz var, sosial vəziyyət ürəkaçan deyil, iqtisadi çətinliklər göz önündə, insan haqları, azad məhkəmə, söz və mətbuat azadlığı, korrupsiya və rüşvətxorluq, azad seçki güvənli vətəndaş kimi yaşamağımıza böyük mənada problem yaradır...

Amma və lakin...

Xoşbəxt olmağımız üçün çox nəhəng səbəblərimiz var...

QƏLƏBƏ...

ZƏFƏR...

8 NOYABR...

20 SENTYABR...

QARABAĞ...

SUVERENLİK...

MÜSTƏQİLLİK...

Bax bunlardan yapışıb gələcəyimizi qurmalıyıq.

28 may 1918-ci ildə elan olunmuş Cümhuriyyət günü tariximizin üçün nə qədər önəmlidirsə, bu tarixlər də Cümhuriyyət gününə bərabərdir.

Nə olsa belə Cümhuriyyət gününü sevib, qoruyub, yaşadırıqsa, 8 NOYABR ikinci Cümhuriyyət günümüzdür, kiçiltmədən, mahiyyətini azaltmadan onu sevməli, qorumalıyıq.

Ölkənin hansı problemi olsa belə, o Qarabağ problemindən böyük deyil.

Demək ki, onlar da həll olacaq.

Bir az səbir, bir az sevgi, bir az qarşılıqlı hörmət və izzət...

Təşəkkürlər, şəhidim, məkanının cənnət olsun!

Təşəkkürlər, qazilərimiz, ömrünüz uzun və hüzurlu olsun!

Təşəkkürlər, şəhid valideynləri, ömrünü Vətənə qurban verən övladlar yetişdirdiyiniz üçün yüz yaşayın!

Təşəkkürlər, əziz xalqımız - türk, talış, avar, kürd, ləzgi, qırız, tat, rus, yəhudi, ingiloy, saxur, ukraynalı ilə bütöv olduğun üçün!

Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev, cəsarət və qətiyyət, ağıllı siyasət və diplomatiya üçün!

Biz birlikdə güclüyük.

8 NOYABR birliyimizin təntənəsidir.

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri