Icma.az
close
up
RU
İqbal Ağazadə: Fahişəlik leqallaşdırılmalıdır

İqbal Ağazadə: Fahişəlik leqallaşdırılmalıdır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Bir müddət əvvəl ÜMİD Partiyasının sədri İqbal Ağazadə MediaTürk TV-nin efirində qonaq olarkən diqqətçəkən təkliflə çıxışı edib. O, fahişəliyin leqallaşdırılmalı olduğunu deyib. Partiya sədrinin bu təklifi birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bu cür təkliflərə heç fikir bildirmək istəmədiyini deyib.

"Azərbaycan müsəlman ölkəsidir. Belə bir şey müzakirə edilib, qanun halına sala bilərmi?! Bu cür təkliflərin içi boşdur. Heç mən bu barədə danışmaq belə istəmirəm".

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, İqbal Ağazadənin təklifi milli dəyərlərlə ziddiyyət təşkil edir:

"Milli dəyərlərimiz var. Son 1400 ildir ki, dəyərlərimizin mühüm hissəsi İslamla bağlıdır. Bəlkə ondan əvvəl də bizim öz millətimizə məxsus dəyərlər olub. İqbal Ağazadə nə üçün belə bir təşəbbüs irəli sürdüyünü əsaslandırmalıdır. Mən isə əks mövqeyimi mentalitetimiz və dəyərlərimizlə əsaslandırıram. Öz dəyərlərimizə uyğun hərəkət etməliyik".

Partiya sədri qeyd edib ki, bəzi Avropa ölkələrində bu sahədə fərqli qanunların qəbul edilməsi həmin cəmiyyətlərin öz dəyərləri ilə bağlıdır:

"Kimsə Avropada qanun qəbul edib fahişəliyi leqallaşdırırsa, bu, onların öz işidir. Çünki onlar öz dəyərlərinə söykənirlər. Amma bizim dəyərlərimizdə belə bir şey yoxdur. Azərbaycanda belə bir qanunun qəbul olunması rüsvayçı və biabırçı olar".

A.Nağının sözlərinə görə, qanunsuz və gizli fəaliyyətlə mübarizə onun leqallaşdırılması yolu ilə aparılmamalıdır:

"Qeyri-qanuni, gizli həyata keçirilən məsələləri üzə çıxarmaq lazımdır deyə bilərlər. Onsuz da gizli fəaliyyət həmişə olacaq. Bunun qarşısını hansısa məsələni leqallaşdırmaqla almaq mümkün deyil. Hesab edirəm ki, bu, Azərbaycan xalqının dəyərlərinin itirilməsi ilə bağlı addım olardı. Bu da çox pis tendensiyadır".

A.Nağı vurğulayıb ki, Azərbaycan öz milli və mənəvi dəyərlərini qoruyub saxlamalıdır:

"Biz öz dəyərlərimizə sadiq qalmalı və onları qoruyub saxlamalıyıq. Dəyərlərimizi qoruyuruqsa, dövlətimizin 5 minillik tarixini də qoruyub saxlayırıq. Kimlərsə həmin dövlətçiliyə və 5 minillik tariximizə xələl gətirib, onu təhrif edirsə, düşünürəm ki, onlar düzgün yolda deyillər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Sentyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri