Icma.az
close
up
RU
Zəfərin 5 ci ili... İqbal Ağazadə yazır

Zəfərin 5 ci ili... İqbal Ağazadə yazır

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəfərin 5-ci ili...

Nə qədər sadə və asan səslənir...

Sovet dönəmində bizə o qədər "ələmətdar"  tarixlər sırındı ki, gerçək ələmətdarlığın nə olduğunu da anlamış kimi deyilik...

8 NOYABR...

AZƏRBAYCAN tarixinin ən möhtəşəm günü, 28 may Cümhuriyyət gününə bərabər gün, Xankəndini , Ağdərəni, Xocavəndi, Əsgəranı,  gördüyümüz, hiss etdiyimiz gün...

 Milli qürurun, daxili inamın özünə qayıtdığı gün...

Məğlubiyyət sindromunu içimizdən atdığımız gün...

Şuşanın günü...

Tarix boyu Şuşa AZƏRBAYCAN üçün simvol olub.

Dövlətçiliyin simvolu Bakı olmuşsa, suverenliyin və mənəviyyatın simvolu Şuşa ilə ölçülmüşdür.
Bəlkə tarix boyu başına çox oyunlar gəldiyi üçün biz Şuşa deyəndə dodağımız yeddi yerdən parçalanıb.
Bəlkə son erməni istilasında Qalanın itirilməsi digər rayonların süqutu və ardıcıl itkilərimizi şərtləndirib...

Bəlkə,  bəlkə, bəlkə...

Lakin bir həqiqət danılmazdır - Şuşa alındıqdan sonra dizimiz üstdən qalxdıq,  mənəviyyatımız məğlubiyyət kirindən təmizləndi, özümüzü qürurlu və cəsur hiss etdik. 

Biz Şuşadan sonra Xankəndini "görə bildik".

Ermənistanın işğal etdiyi torpaqların azadlığından danışanda - "Şuşasız, Kəlbəcərsiz, Laçınsız Azərbaycan yoxdur!" - deyirdik.

Məhz Şuşa işğaldan azad ediləndən sonra " Bəs Xankəndi,  Xocavənd, Ağdərə, Əsgəran? " sualı hamını düşündürdü.
Kimi xoş, kimi hakimiyyətə təzyiq üçün...

Amma fərqi yoxdur...

Şuşa bizim suverenlik gözümüzü açdı. 
Şuşa bizi özümüzə qaytardı...

İndidən baxanda sanki heç o torpaqları itirməmişdik,  heç müstəqilliyimizə, suverenliyimizə  qəsd olmamışdı, torpaqlarımız 30 il erməni işğalında olmamışdı.
 Yalnız dağılmış yurd yerlərini görəndə o acı tarixi xatırlayırıq...

Unutmayaq...

O torpaqlar üçün 30 min şəhid vermişik, 10 minlərlə insan fiziki cəhətdən  əlil olub, bütöv Azərbaycan mənəvi şikəstlik yaşayıb.

Mən hələ yarımçıq taleləri, çalınmayan toyları, itirilən mənəvi dəyərləri, ata nəvazişi görməyən körpələri, dağılan yurd yerlərini, iqtisadiyyatımıza dəyən zərərləri demirəm.

Bir az da geriyə qayıtsaq erməni vandalizmi nəticəsində İrəvanı, Göyçə,  Zəngəzuru itirməyimizi,  milyona yaxın soydaşımızın dədə-baba yurdundan didərgin düşməsini, soyqırımları, daşnak zülmünü, yiyəsiz qalan məzarlıqları da unutmamalıyıq. 

Siyasi tərəfdən baxanda isə mənzərə daha vəhim görünür.

 Qarabağ Azərbaycan dövlətinin, müstəqilliyinin, suverenliyinin təhdidinə, qara yarasına çevrilmişdi.
Kim bizi əzmək, dirçəlməyə qoymaq istəmirdisə Qarabağdan atılan ox sinəmizə saplanıb bizi yarımcan edirdi.

Ta 8 noyabra kimi...

Niyə  8 NOYABRI 19 sentyabr 2023-dən daha əhəmiyyətli hesab edirəm?

Çünki 19 sentyabr 8 noyabrın Zəfərindən doğuldu.

200 illik zülmün sonu üçün ilk qələbə əldə edildi, hədəf müəyyənləşdi. 

44 günlük savaşın 19-cu günündə Müzəffər Ali Baş Komandan " bu iş Şuşasız olmayacaq " deyəndə Şuşanın üzünə gün doğmuşdu.

Və elə Cənab Ərdoğanla Şuşaya ilk səfərində Türkiyə prezidentinin Xankəndini  göstərib "Otelin açılışı oradamı olacaq?" sualını verəndə, Cənab Prezident  "İnşallah,  orda da olacaq" demişdi.
Xankəndi o gün əslində azad olmuşdu -  düşüncədə, fikirdə, hədəfdə...

Biz 8 NOYABR ZƏFƏRİNİ  tarixin öz içində yaşadığımızdan hələ layiqincə dəyərləndirə bilmirik.

Nələri qazandığımızı fərq etmirik, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaza necə bir töhfə vermişik, hələ mahiyyətini çatdıra bilmirik.

Biz Cənubi Qafqazı poliqon olmaqdan qurtarmışıq, biz böyük Rusiya imperiyasının əl-ayağını geniş mənada Qafqazdan kəsmişik, biz barış və sülh gətirmişik, biz çoxmillətli Cənubi Qafqazda imperiyaların əlində ən böyük vasitə olan separatizmə amansız zərbə vurmuşuq.

Və biz bu qələbə ilə Azərbaycanı gələcək nəsillər üçün xilas etmişik.

Daha torpaq, işğal, qaçqınçılıq,  separatçılıq kimi xaos gətirən amillər gələcək nəsilləri təhdid etməyəcək .
Biz övlad itirmirik, müharibə qorxumuz yoxdur.

Bəli, problemlərimiz var, sosial vəziyyət ürəkaçan deyil, iqtisadi çətinliklər göz önündə, insan haqları, azad məhkəmə, söz və mətbuat azadlığı,  korrupsiya və rüşvətxorluq, azad seçki  güvənli vətəndaş kimi yaşamağımıza böyük mənada problem yaradır...

Amma və lakin...

Xoşbəxt olmağımız üçün çox nəhəng səbəblərimiz var...

QƏLƏBƏ...
ZƏFƏR...
8 NOYABR...
20 SENTYABR...
QARABAĞ...
SUVERENLİK...
MÜSTƏQİLLİK...

Bax bunlardan yapışıb gələcəyimizi qurmalıyıq.

28 may 1918-ci ildə elan olunmuş Cümhuriyyət günü tariximizin üçün nə qədər önəmlidirsə, bu tarixlər də Cümhuriyyət gününə bərabərdir. 

Nə olsa belə Cümhuriyyət gününü sevib, qoruyub, yaşadırıqsa, 8 NOYABR ikinci Cümhuriyyət günümüzdür, kiçiltmədən, mahiyyətini azaltmadan onu sevməli, qorumalıyıq.

Ölkənin hansı problemi olsa belə, o Qarabağ problemindən böyük deyil.

Demək ki, onlar da həll olacaq. 

Bir az səbir, bir az sevgi, bir az qarşılıqlı hörmət və izzət...

Təşəkkürlər,  şəhidim, məkanının cənnət olsun!

Təşəkkürlər,  qazilərimiz, ömrünüz uzun və hüzurlu olsun!

Təşəkkürlər,  şəhid  valideynləri,  ömrünü Vətənə qurban verən övladlar yetişdirdiyiniz üçün  yüz yaşayın!

Təşəkkürlər,  əziz xalqımız - türk, talış, avar, kürd, ləzgi,  qırız, tat, rus, yəhudi, ingiloy, saxur, ukraynalı ilə bütöv olduğun üçün!

Təşəkkürlər,  Müzəffər Ali Baş Komandan,  Cənab Prezident  İlham Əliyev,  cəsarət və qətiyyət,  ağıllı siyasət və diplomatiya üçün!

Biz birlikdə güclüyük.

8 NOYABR  birliyimizin təntənəsidir.

Ümid Partiyasının sədri İqbal Ağazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri