Icma.az
close
up
RU
8 noyabr Əsrə bərabər gün

8 noyabr Əsrə bərabər gün

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan böyük Zəfərin 4-cü ildönümünü qeyd edir.

4 il bundan əvvəl Azərbaycan xalqı öz ordu və Ali Baş Komandanı ilə birlikdə erməni təxribatına cavab olaraq başlatdığı Vətən müharibəsindən qalib çıxdı. Dünyann gözü önündə 4 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq tarixi yazıldı. Şəhidlərin qanı, qazilərn canı bahasına başa gələn Zəfər tarixi 27 sentyabrdan başlayaraq 8 noyabrda Şuşa şəhərinin işğaldan azad edilməsi ilə zivəyə yüksəldi. 8 noyabr müasir Azərbaycan tarixinin qürur, şərəf tarixi oldu. 
Təqvimə Zəfər Günü kimi yazılan bu tarix üçün Azərbaycan xalqı illərlə yol gəlmişdi.

Dünyanın ikiüzlülüyünə, beynəlxalq siyasətin ikili standartlarına, özünü vasitəçi adlandırıb əslində xalqımızı işğalla barışmağa alışdırmağa çalışan qurumların, beynəlxalq təşkilatların fəaliyyətsizliyinə qarşı dirəniş göstərmişdi. Sonunda Azərbaycan xalqı öz ordusuna, Ali Baş Komandanına olan böyük inam və etimadının bəhrəsini yaşadı. 44 gündə müasir dünya savaşının ən yaxşı nümunəsini göstərdi.

Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün 44 gündə təkcə qəhrəmanlıq dastanı yazmadı, həm də dünyaya müharibə əxlaqının nə olduğunu göstərdi. Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də xalqa müraciətində belə deyirdi:

“Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.

Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı”. 

Bu qələbə ilə Azərbaycan xalqı öz varlığını təsdiqlədi, dünyaya öz şərəf və ləyaqətini hər şeydən üstün tutduğunu göstərdi. Müharibə başlayan ilk gündən bütün xalq- sadə insanlardan tutumuş siyasi partiyalara qədər dövlətlə, orduyla, Ali Baş Komandanla həmrəyliyini ifadə etdi, dünya həm də azadlıq mübarizəsi aparan xalqın milli birliyinə, dövlət ənənəsinin sadiqliyinə şahidlik etdi.

8 noyabr Zəfərini şərtləndirən amillərdən biri də bu idi-milli həmrəylik. Zəfər qazanmaq, 30 illik işğala son qoymaq üçün bu da ordunun gücü, ölkənin iqtisadi qabiliyyəti, xalqın vətənpərvərliyi qədər önəmli idi. Bütün bunlar birləşəndə qətiyyətli, iradəli, siyasi proseslərə hakim, liderlik qabiliyyəi ilə fərqlənən Prezident və Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan BÖYÜK ZƏFƏRƏ aparırdı. 

27 sentyabrda başlayan və 8 noyabrda dünyaya səs salan, hərb tarixinin ən səs-küylü əməliyyatlarından biri kim dəyərləndirilən Şuşanın azad edilməsiylə başa çatan Vətən müharibəsi tarixə belə yazıldı...

Elnarə Kərimova 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri