Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Əsrə bərabər iki gün

Əsrə bərabər iki gün

Icma.az, 525.az saytına istinadən bildirir.

Fərid HÜSEYN

Elə günlər var ki, o günləri yaşadıqdan sonra istər-istəməz düşünürsən: zaman çox böyük qüvvədir, az vaxta böyük işlər görmək mümkündür. Elə günlər də var ki, üç-üç, beş-beş sovrulub gedir, nə ömürdə izi qalır, nə də yaddaşlarda. Amma Bişkekdə işgüzar səfər zamanı keçirdiyimiz iki gün ərzində o qədər tədbirlərdə iştirak etdik, elə gözəl  gələcək işlərin təməlləri qoyuldu, Türk dünyasına lazımlı elə gərəkli məsələlərin çözümü istiqamətlərində müzakirələr aparıldı ki, indi o günlərə qanrılıb baxanda iki günün içində neçə on günlüklərin, ayların var olduğunu görməkdəyik.

Türk Mədəniyyəti Fondunun prezidenti, professor Aktotı Raimkulova, təşkilatın Qırğız Respublikası üzrə nümayəndələri Mirbek Karıbayev, Nazgül Omurzakova və mən (təşkilatın nəşr və yayım məsələləri üzrə əməkdaşı) Bişkekə işgüzar səfərə getmişdik. Səfərin bütün gedişatını təfsilatı ilə yazsam, oxucuları çox yormuş olaram deyə, sadəcə iki möhtəşəm günün vacib məqamlarına toxunmaqla yetinməyi üstün tuturam.

Alıkul günü...

Mayın 12-də səhər saat 10-da görkəmli qırğız şairi Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önündə təntənəli gülqoyma mərasimi keçirilirdi. Mərasimdə Aktotı Raimkulova, təşkilatın digər əməkdaşları, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak edirdilər. Yada salaq ki, Bişkek şəhərində yerləşən bu ev-muzeyi 2024-cü ildə Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi, Bişkek şəhər meri və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tam bərpa olunub və muzeyləşdirilmə mərhələsindən keçib.

Ziyarət zamanı Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olduq. Həqiqətən də, muzey infrastrukturunun müasir standartlara uyğun multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə hərtərəfli imkan verir. Xatırladaq ki, bu Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.

Mədəniyyət ocaqlarına dəstək

Türk Mədəniyyəti və İrsi Fondu dünyanın bir sıra ölkələrində mədəniyyət ocaqları yaratmaqda davam edir. Həmçinin bir sıra dünya universitetlərində türk irsinin zənginləşməsinə töhfələr verir. Alıkul Osmanovun ev-muzeyinin ziyarətindən sonra Fond  tərəfindən Qırğız Milli Universitetinin nəzdindəki Türk İrsi Mərkəzinə müasir multimedia avadanlıqlarının verilməsi mərasimində iştirak etdik. Ümumi dəyəri 2 milyon qırğız somu olan avadanlıqlar Mərkəzə hədiyyə edilərkən Fondun prezidenti, A.Raimkulova görülən işlər xüsusunda öz düşüncələrini bölüşdü: "Fond türk xalqları arasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən qurumları ardıcıl şəkildə dəstəkləyir. Əminik ki, təqdim edilən bu avadanlıq Mərkəzin elmi və təhsil yönümlü genişmiqyaslı layihələrinin həyata keçirilməsində effektiv vasitə olacaq". Həmçinin adı çəkilən Universitetinin rektoru göstərilən səxavətli dəstəyə görə dərin təşəkkürünü ifadə etdi.

Yubiley formu...

Sonra həmin universitetdə növbəti tədbirə - görkəmli qırğız şairi "Alıkul Osmonovun Poeziya Dünyası" adlı Beynəlxalq Forumda qatıldıq. Forumda çıxış edən A.Raimkulova 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu xatırladaraq, həmçinin görkəmli ədibin "Zamandan zamana" adlı kitabının təşkilat tərəfindən Azərbaycan və qırğız dillərində nəşr olunduğunu vurğuladı.

Yeri gəlmişkən qeyd edək ki, Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirmişdi və tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov idi.

Mədəniyyət naziri ilə görüş...

Həmin gün rəsmi görüşlərlə son dərəcə zəngin oldu. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti və əməkdaşlarının Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ilə görüşü baş tutdu.

Fondun Prezidenti, həmçinin 2025-ci il üçün Qırğızıstanla bağlı nəzərdə tutulan layihələr barədə cənab nazirə məlumat verdi. Xüsusilə, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qırmızı Çay qədim şəhərinin mühafizəsi və muzeyləşdirilməsi üzrə üçillik layihənin başlanacağı və bu proyekt üçün yalnız 2025-ci il üzrə maliyyələşmənin 2 milyon som həcmində olacağını qeyd etdi. Cənab nazir Fondun gördüyü işləri təqdirəlayiq hesab etdiyini və təşkilatın fəaliyyətini müsbət qiymətləndirdiyini dilə gətirdi.

Yeraltı səltənətlər - Arxeoloji abidələr...

Növbəti görüş də olduqca yaddaqalan oldu. Belə ki,  Qırğızıstanın Çüy vilayətinin İssık-Ata rayonunun Krasnaya Reçka kəndində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıqovaya rəsmi sertifikat təqdim etdi. Sertifikat, Ümumdünya İrs siyahısına daxil olan kənd ərazisindəki yaşayış yerinin muzey zonasında aparılacaq genişləndirmə işlərinin birinci mərhələsinə start verilməsi ilə əlaqədar idi. Tədbir zamanı çıxış edənlər UNESCO-nun "İpək Yolu: Çanqan-Tyanşan Dəhlizinin Marşrutlar Şəbəkəsi" adlı transmilli seriyalı nominasiyasına daxil olan arxeoloji abidələrin qorunması üçün birgə fəaliyyətin zəruriliyini vurğuladılar. X-XII əsrlərə aid Qaraxanlı dövrünə məxsus yaşayış kompleksi, Mərkəzi Asiya orta əsr memarlığının nadir nümunələrindən biri olmaqla yanaşı, Krasnaya Reçka kəndinin tarixi-mədəni mənzərəsinin ayrılmaz hissəsini təşkil edir. Gəlinən qərarlara əsasən yeni inşa olunacaq qoruyucu örtük bu nadir abidəni təbii təsirlərdən mühafizə etməyə, həmçinin elmi araşdırmaların və turist ziyarətlərinin daha əlverişli şəraitdə aparılmasına imkan yaradacaq.

Davam edən müzakirələr

Növbəti gün (13 may) də rəsmi görüşlərlə günə başladıq. Fondun prezidenti Aktotı Raimkulovanın Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov ilə görüşü oldu. Konstruktiv dialoq zamanı tərəflər Qırğız Respublikası ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında mövcud və perspektiv əməkdaşlıq imkanlarını müzakirə etdilər. Müzakirələr zamanı 2025-ci ildə keçirilməsi planlaşdırılan prioritet layihələrin icra perspektivləri təhlil edildi. Fondun prezidenti Qırğız Respublikası ilə sistemli və strateji əsasda qurulmuş əməkdaşlığın daha da möhkəmləndirilməsinə dair qəti iradəsini ifadə edərək, yeni təşəbbüslərin həyata keçirilməsi prosesində nazirliyin diplomatik dəstəyinin davamlılığına ümidvar olduğunu bildirdi.

Davam edən Aytmatov ecazı...

Nəhayət, işgüzar səfər gözəl bir tamaşanı izləməklə başa çatdı. Bu səhnə əsərini izləyərək türk dünyasının keçdiyi tarixi bir dönəmin bədii həllinə heyran qaldıq. Belə ki T.Abdımomunov adına Qırğız Milli Akademik Dram Teatrının səhnəsində nümayiş etdirilən "Axırıncı məktub" tamaşasına baxdıq. Bu səhnə əsəri 1930-cu illərin faciəvi zaman kəsiyində baş vermiş real hadisələr əsasında qələmə alınıb və qırğız xalqının yaşadığı repressiyalardan bəhs edir. Əsərin əsas qəhrəmanı görkəmli yazıçı Çingiz Aytmatovun atası, dövlət xadimi Törökul Aytmatovdur. Törökulun həyat yoldaşı Nağıma Aytmatovanın taleyi vasitəsilə tamaşada həmin dövr qadınlarının faciəsi, dözümü və sarsılmaz iradəsi izləyicilərə çatdırılır. Qeyd edək ki, tamaşada baş rolu - Nağımanı bu il 75 illik yubileyi və 60 illik yaradıcılıq fəaliyyəti qeyd olunan Qırğız Respublikasının Xalq artisti, Toktobul adına Dövlət Mükafatı laureatı Qulayım Qanimetova canlandırırdı. Pyesin müəllifi  isə Qırğız Respublikasının Xalq yazıçısı Kairat İmanəliyevdir. Tamaşadan sonra düşüncələrini bölüşən A.Raimkulova səhnə əsərini yüksək qiymətləndirərək yaradıcı heyəti belə bir uğurlu səhnə əsəri ərsəyə gətirdiklərindən dolayı təbrik etdi.

Nəhayət...

Nəhayət 12-13 mayda ardıcıl görüşlərlə müşayiət olunan işgüzar Qırğızıstan səfəri başa çatdı. Səfərdəki işgüzar görüşlərdə müzakirə olunan məsələlərin icrası, layihələndirilməsi işlərinə artıq start verilib. Türk dünyasının zəngin mədəniyyətinin və irsinin öyrənilməsi, təbliği istiqamətində atılan hər gərəkli addım Böyük Türk Ailəsini bir-birinə daha sıx tellərlə bağlayır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri