Icma.az
close
up
RU
8 Noyabr, Milli birliyin zəfəri

8 Noyabr, Milli birliyin zəfəri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı tarix boyu sülhün, ədalətin və birgəyaşayışın daşıyıcısı olub. Bizim milli kimliyimiz sülhə, insana hörmətə və qarşılıqlı anlaşmaya söykənir. Əsrlər boyu bu torpaq fərqli xalqların, dinlərin və mədəniyyətlərin məskəni olub. Biz heç vaxt kiminsə etnik mənsubiyyətinə və ya mənşəyinə görə ayrı-seçkilik etməmişik. Lakin bizim humanist dəyərlərimizdən sui-istifadə edən qüvvələr tarixdə acı səhifələr açdılar. Bu coğrafiyada əsla kökü olmayan ermənilər imperiya siyasətinin vasitəsi kimi Azərbaycan torpaqlarında yerləşdirildi. Sonradan isə həmin qüvvələr torpağımızda özlərinə dövlət yaratmaqla kifayətlənməyib, tarixi yurdlarımıza iddialarını ortaya qoydular. 1988-ci ildən etibarən mənfur qonşularımızın əsassız ərazi iddiaları bölgədə sülhü və sabitliyi ciddi şəkildə pozdu. Ermənistan rəhbərliyinin təxribatçı siyasəti nəticəsində bölgə qanlı toqquşmaların arenasına çevrildi. Azərbaycanlıların doğma yurdlarından zorla qovulması, dinc əhalinin qətlə yetirilməsi, kənd və şəhərlərin ardıcıl şəkildə işğal olunması bu planın əsas məqsədini, etnik təmizləmə siyasətini açıq şəkildə nümayiş etdirdi.

Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun illər boyu beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozaraq 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını bilərəkdən təmin etmədi. İşğal siyasətini davam etdirən qarşı tərəf sülh danışıqlarını formal prosesə çevirməklə yanaşı, regionda sabitliyin bərqərar olmasına da süni maneələr yaratdı. Torpaqları illərlə işğal altında saxlanılan Azərbaycan beynəlxalq hüquqa əsaslanan sülh çağırışları edərkən Ermənistan qeyri-konstruktiv mövqeyini qoruyaraq sərhəd boyunca yeni təxribatlara əl atdı. Bu addımlar təkcə Azərbaycan dövlətinə qarşı yox, regional təhlükəsizlik və əməkdaşlıq perspektivlərinə yönəlmiş açıq təhdid idi.

44 günlük Vətən müharibəsi Azərbaycan üçün həm döyüş meydanında, həm də diplomatik masada tarixi qələbə ilə nəticələndi. Prezident İlham Əliyevin rəhbərliyi altında düşmən ağır məğlubiyyətə uğradı və işğalçı qüvvələr təslimçilik aktına imza atmaq məcburiyyətində qaldı. Bu zəfər yalnız torpaqlarımızın azad olunması deyil, həm də xalqımıza qürur, millətimizə milli birliyin və iradənin gücünü göstərdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycan tarixində yeni bir mərhələnin təməlini qoydu və xalqımıza misilsiz qələbə yaşatdı. Tarixi zəfər Prezident İlham Əliyevin hərbi-siyasi qətiyyəti və dönməz iradəsi sayəsində mümkün oldu. Xalqımızın ilərlə qoruduğu ümidlər gerçəkləşdi, itirilmiş torpaqlar geri qaytarıldı və hər bir azərbaycanlının qəlbində qürur hissi yenidən alovlandı.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan yalnız hərbi qalibiyyət qazanmadı, eyni zamanda itirilmiş milli qürurunu və xalqın özünəinamını yenidən bərpa etdi. Bu zəfər hər bir azərbaycanlının qəlbində ümid və sevinc hissi yaratdı, millətimizin birliyini möhkəmləndirdi və gələcəyə inamımızı daha da gücləndirdi.

Tarix sübut etdi ki, Prezident İlham Əliyev “Azərbaycan torpağında ikinci erməni dövləti qurulmayacaq” bəyanatını təsadüfən demirdi. Bu, ölkəmizin mövqeyinin qəti və dəyişməz ifadəsi idi. Ölkə başçısı uzun illər boyunca bölgədə hökm sürən işğal və terror siyasətinin kökünü kəsdi, işğalçıya və onu dəstəkləyən qüvvələrə açıq mesaj verdi. Azərbaycanın ərazi bütövlüyü heç bir şərt altında danışıqlar mövzusu ola bilməz. Bu mövqe yalnız xalqımızın iradəsini və milli birliyini deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqqını bütün dünyaya nümayiş etdirdi, ölkəmizin haqqını müdafiədə qətiyyətli və prinsipial lider obrazını bir daha təsdiqlədi.

Qəhrəman Azərbaycan əsgərinin şücaəti və şəhidlərimizin qanı sayəsində dünya Azərbaycanın əzmini və gücünü gördü. Azərbaycan Ordusu yalnız düşməni məğlub etmədi, eyni zamanda illərlə formalaşmış mifləri və yalan iddiaları yerlə-yeksan etdi. Cəmi 44 gün ərzində ölkəmiz öz milli birliyini, ərazi bütövlüyünü və prinsipial mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər həm Azərbaycanın qətiyyətli liderliyini, həm də xalq-ordu birliyinin dönməzliyinin sübutu kimi yadda qaldı.

Böyük Zəfərin ildönümünü qürur və minnətdarlıqla qeyd edirik. 8 Noyabr yalnız azadlığımızın günü deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, birliyinin və vətənpərvərlik ruhunun simvoludur. Hər addım, hər zəfər anı Azərbaycanın gücünü, xalqın əzmini və dövlətimizin möhkəmliyini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə xalqımızın şanlı tarixində parlaq bir səhifədir, hər zaman milli qürur, birliyin və vətən sevgisinin simvolu olaraq yadda qalacaq. 8 Noyabr Zəfəri qəhrəmanlıq və sarsılmaz iradənin nümunəsi kimi tariximizdə öz əvəzolunmaz yerini tutub və gələcək nəsillərə örnək olacaq.

Emin Bağırov,

siyasi şərhçi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri