Icma.az
close
up
RU
Qarabağ Zəfəri Müqəddəs 8 NOYABR ŞƏRH

Qarabağ Zəfəri Müqəddəs 8 NOYABR ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ Zəfəri - Müqəddəs 8 NOYABR Azərbaycanın yaxın tarixi, xalqımızın səbrinin, qərarlılığının və Vətən sevgisinin sınaqdan keçdiyi çətin dövrlərlə doludur. Bu sınaqlardan ən ağırı isə Qarabağın işğal edilməsi ilə başlayan və illərlə davam edən həsrət dövrü idi. Lakin Azərbaycan xalqı heç vaxt bu ağır taleyi qəbul etmədi; Vətən sevgisi, tarixi yaddaş və torpaq bütövlüyünə olan sədaqət, ürəklərdə sönməyən bir od olaraq qaldı. Elə 8 Noyabr da bu sönməyən odu zəfərlə taçlandıran gündür.

Qarabağ, Azərbaycan mədəniyyətinin ən vacib mərkəzlərindən biri olaraq, yalnızca bir torpaq parçası deyil; şeir, musiqi, memarlıq və mədəni yaddaşın doğulduğu yerdir. Üzeyir Hacıbəyovun yurdu, Natəvanın xatirəsi, Şuşa muğam məktəbinin səsi Qarabağda əks-səda tapmışdır. İllər boyu bu mədəni irsin dağıdılması yalnız bir coğrafiyanı deyil; bir xalqın yaddaşını da hədəf almışdır. Amma tarix göstərir ki, yaddaşı susdurmaq mümkün deyil.

Vətən Müharibəsi, 27 Sentyabr 2020-də Azərbaycanın beynəlxalq hüquqdan doğan müdafiə haqqını istifadə etməsi ilə başladı. 44 gün davam edən bu dastanlı mübarizədə ordu ilə xalq bir ürək, bir yumruq oldu. Cəbhədə döyüşən əsgər qədər, cəbhe arxasında dua edən ana, xəbərləri gözləyən gənc də, Vətən üçün çalışan hər kəs bu zəfərin bir hissəsidir. Azərbaycan Ordusunun müasir hərbi gücü, strateji zəkası və texniki hazırlığı ilə birləşərək, onilliklərlə davam etdiyi deyilən işğal rejimini sındırdı və tarixə qarışmasını təmin etdi.

8 Noyabr 2020-də Şuşanın azad edilməsi, yalnız hərbi uğur deyil, Qarabağın qəlbinin yenidən döyüşüdür. Şuşanın alınması savaşın taleyini dəyişdirən, xalqın qəlbinə həyat verən dönüş nöqtəsi oldu. O gün Şuşa qayalarından dalğalanan üçrəngli bayraq yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük qüruru oldu. Bu zəfər xalqımızın iradəsinin heç vaxt qırılmayacağını, haqlı olanın tez ya da gec haqqına çatacağını dünyaya göstərdi. Onun ardınca bir günlük lokal xarakterli döyüş isə Qarabağı erməni gavurlarından, seperetçılarından tam təmizlədi Azərbaycan ordusu.

Lakin bir müqəddəs məsələni unutmaq olmaz ki, bu azadlıq şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, analarımızın mətin səbrilə qazanılmışdır. Hər evladın hüznü, hər ananın duası bu torpağın mayasında vardır. Bu gün Qarabağın yenidən ayağa qalxmasında, atılan hər addımda, qurulan hər şəhərdə onların xatirəsi əbədi yaşayır.

Zəfərdən sonra başlayan bərpa və yenidənqurma prosesi, dövlətimizin gələcəyə dönük vizyonunun ən açıq sübutudur. Yenidən inşa edilən yollar, hava limanları, təhsil müəssisələri, mədəniyyət mərkəzləri və müasir yaşayış sahələri, Qarabağın yalnız keçmişini deyil, gələcəyini də möhkəmləndirir. Qarabağ artıq yalnız azad deyil; yenidən doğur. Yenidən qurulur və xalqımızın müqəddəs Məkkəsi, Kəbəsi olur.

Bu zəfər yalnız bir xalqın deyil, həm də haqqın- ədalətin zəfəridir. Beynəlxalq platformalarda illərlə ifadə edilən haqqımız, nəhayət tarix səhnəsində real bir həqiqətə çevrildi. 8 Noyabr buna görə həm bir milli qürur günü, həm də tarixi məsuliyyət günüdür.

Bu gün bizə düşən vəzifə açıqdır: bu zəfərin mənasını yaşatmaq, milli birlik ruhunu qorumaq və Qarabağın gələcəyini daha da gücləndirmək ən ali məqsədimiz olmalıdır. Çünki Qarabağ yalnız keçmişimizin əmanəti deyil; gələcəyimizin də təminatıdır. Məhz buna görə də hamımız həmişə belə deməliyik: Qarabağ Azərbaycandır - dünən olduğu kimi, bu gün olduğu kimi, sabah da əbədiyyətə qədər də belə olacaq. Əlbəttə, bütövlükdə xalqımız bir müqəddəs məsələni də ununtmamalıdır. Bu qələbənin başında Ali Baş Komandanımız cənab İlham Əliyev durur. Məhz onun sayəsində Azərbaycan xalqı 230 ildən sonra belə böyük və tarixi qələbə qazandı. Xalqımızın 44 günə qazandığı bu tarixi və parlaq qələbəsi də dünya hərb elminə daxil oldu.

Ona görə bir daha deyək: 8 Noyabr Zəfər Günün mübarək olsun ey ulu Azərbaycan xalqı.

Nərgiz QƏRİBLİ-QAYA

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri