Icma.az
close
up
RU
8 Noyabr Zəfəri: Birliyin və qüdrətin simvolu

8 Noyabr Zəfəri: Birliyin və qüdrətin simvolu

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 noyabr, AZƏRTAC

XX əsrin sonlarından başlayaraq Qarabağ torpaqları işğalın acı taleyini yaşadı. Erməni millətçilərinin “Böyük Ermənistan” xülyası nəticəsində kəndlərimiz və şəhərlərimiz yerlə-yeksan edildi, on minlərlə günahsız insan həyatını itirdi, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşdü. 30 ilə yaxın müddətdə bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşadı. İşğal altında saxlanan torpaqlarda infrastruktur darmadağın edildi, şəhərlər və kəndlər talandı, Azərbaycan milyardlarla dollar dəyərində maddi itkilərlə üzləşdi. Bütün bu illər ərzində dövlətimizin strateji məqsədi işğal altında olan torpaqları azad etmək idi. Bütün işğal olunmuş ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaq əsas istiqamətə çevrildi. Bunun nəticəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi altında güclü və müasir ordu quruculuğu prioritet siyasət kimi aparıldı. Danışıqlar masasında prinsipial mövqe qorundu, paralel olaraq Azərbaycan ordusu gələcək zəfərə hazırlandı. Bu hazırlıq milli iradənin və dövlətin uzaqgörən siyasətinin təcəssümü kimi özünü göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova bildirib.

Onun sözlərinə görə, düşmənin sülh prosesində qeyri-konstruktiv mövqe sərgiləməsi, ölkəmizi yenidən işğalla hədələməsi və sərhəd boyunca təxribatlar törətməsi vəziyyəti müharibəyə doğru apardı. Azərbaycan xalqı uzun illər haqsızlığa və təzyiqə qarşı səbir etsə də, ədalətsizliyə yerini göstərməyin vaxtı çatmışdı.

2020-ci ilin payızında Azərbaycan tarixi yeni səhifə açdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində misilsiz Qələbə yürüşünə başladı. Bu döyüşlər yalnız hərbi əməliyyat deyil, millətin iradəsi, xalqın birliyi və dövlətin gücünün nümayişi oldu. Prezident İlham Əliyevin qətiyyəti ilə Cəbrayıldan Füzuliyə, Hadrutdan Şuşaya qədər uzanan yol yalnız ordunun deyil, bütöv xalqın Qələbə yürüşü kimi yadda qaldı. Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və dönməz döyüş əzmi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şuşada dalğalanan üçrəngli bayraq bir şəhərin azadlığını simvolizə etmirdi, illərlə daşıdığımız həsrətin, milli qürurun və birlik ruhunun canlı təzahürü kimi yadda qaldı. Bunun ardınca 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatla Ermənistan rəsmən kapitulyasiya olundu, Azərbaycan qalib ölkə kimi tarixə düşdü. Milli birliyin, diplomatik bacarığın və dövlət-xalq vəhdətinin nəticəsi olaraq ölkəmiz zəfər yaşadı.

“Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, regionda sabitliyi möhkəmləndirdi və diplomatik uğurların təntənəsinə çevrildi.

Savaş meydanında olduğu kimi diplomatiya və informasiya müharibəsində Prezident İlham Əliyev anti-Azərbaycan qüvvələrinə yerini göstərdi. Dünya mediasına verdiyi müsahibələr ölkəmizin haqq səsini beynəlxalq aləmdə təsdiqlədi. Bu strategiya ölkəmizin nüfuzunu artırdı və qlobal siyasət arenasında mövqeyimizi güclü şəkildə ortaya qoydu. Eyni zamanda Prezidentin qətiyyətli diplomatik fəaliyyəti regional balans və təhlükəsizliyin təmin olunmasında ölkəmizin aparıcı rolunu nümayiş etdirdi.

8 Noyabr Zəfəri Azərbaycanı yalnız qalib ölkə kimi dünyaya tanıtmadı, həm də regionda sülhün, diplomatiyanın və tərəqqinin aparıcı qüvvəsi, xalq birliyinin, iradəsinin və milli qürurun əbədiləşmiş simvolu kimi qəbul etdirdi. Tariximizin ən böyük zəfərini xalqımıza yaşadan Prezident İlham Əliyev bizə milli qürur, sevinc və ümumxalq həmrəyliyi bəxş etdi.

Tariximizdə silinməz, heç vaxt unudulmaz bir qalibiyyət olan 8 Noyabr Zəfəri xalqımızın birlik və iradəsinin ən parlaq nümunəsidir. Böyük Zəfər bir daha sübut etdi ki, Lider və Xalq birliyi Azərbaycan üçün əvəzolunmaz gücdür. Bu qüdrət bizə ilham verir, gələcəyə inamla addımlamağa, yeni uğurlar qazanmağa və tərəqqi yolunda daha böyük zirvələrə çatmağa imkan yaradır”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri