Icma.az
close
up
RU
8 Noyabr ümumxalq iradəsinin bərpası gündür

8 Noyabr ümumxalq iradəsinin bərpası gündür

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan xalqı üçün 8 Noyabr sadəcə təqvimdə bir tarix deyil, bu gün müasir milli kimliyimizin, dövlətçilik fəlsəfəmizin və ümumxalq iradəsinin bərpa olunduğu gündür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qələbə tarixi ədalətsizliyə son qoymaqla yanaşı, həm də Qafqazda yeni geosiyasi düzənin formalaşmasına zəmin yaratdı. Bu baxımdan, əldə olunan qələbə yalnız hərbi zəfər deyil, milli oyanışın, strateji düşüncənin və dövlət idarəetməsinin təntənəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsrlərlə formalaşan milli yaddaşının və mübarizə ruhunun təzahürü idi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası, ordu quruculuğu və milli ideologiya o müharibənin hər mərhələsində öz bəhrəsini verdi." 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli Deyib.

Millət vəkili bildirib ki, müharibə təkcə hərbi əməliyyat deyildi, bu, Azərbaycan cəmiyyətinin səfərbərlik, milli həmrəylik və suverenlik testindən alnıaçıq çıxması idi:

"Dövlət başçısının dəqiq diplomatik balansı, informasiya müharibəsində üstünlüyü və cəbhə ilə masa arasında sinxron qərarvermə mexanizmi tarixi Zəfərin intellektual dayağını təşkil etdi.

Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan, Cəbrayıl və digər şəhərlər yalnız xəritədə yer adları deyil. Bu adlar milli qürurun, tarixi ədalətin və dövlət suverenliyinin rəmzləridir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə dövlətin suveren hüquqlarının tam bərpasını təmin etdi.

Prezident İlham Əliyevin Şuşada söylədiyi kimi “Biz müharibə ilə deyil, iradə və ədalətlə torpaqlarımızı azad etdik.” Bu iradə artıq postmüharibə dövründə, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də özünü göstərir. “Böyük Qayıdış” proqramı sadəcə infrastruktur layihəsi deyil, milli reabilitasiyanın, vətəndaş-məkan münasibətlərinin və sosial ədalətin bərpa strategiyasıdır."

Azər Kərimlinin sözlərinə görə, Vətən müharibəsi dövləti yeni idarəetmə mərhələsinə keçirdi:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan “zəfərdən sonrakı inkişaf modeli” üç strateji sütuna söykənir: siyasi suverenlik – xarici təsirlərə qarşı dayanıqlığın və çoxvektorlu diplomatiyanın möhkəmlənməsi;
İqtisadi müstəqillik – azad edilmiş ərazilərin bərpası vasitəsilə qeyri-neft sektorunun genişlənməsi;
Milli kimlik və vətəndaş həmrəyliyi – müharibədən sonra cəmiyyətin ideoloji birliyinin qorunması.

Bu model təkcə daxili siyasət çərçivəsində deyil, həm də qlobal kontekstdə Azərbaycanın nüfuzunu möhkəmləndirdi. Qısa müddətdə ölkəmiz regional proseslərin əsas moderatoruna çevrildi. Şuşa Bəyannaməsi, Zəngəzur dəhlizi təşəbbüsü, COP29-un Bakıda keçirilməsi qərarı – bütün bunlar Qələbənin siyasi və diplomatik nəticələridir.

Qarabağ Zəfəri postsovet məkanında müstəmləkə asılılığından çıxışın parlaq nümunəsi oldu. Bu Qələbə göstərdi ki, milli resurslara söykənən siyasət beynəlxalq sistemdə öz sözünü deyə bilir. Azərbaycan bu gün həm Qlobal Cənub ölkələrinin etimadını qazanır, həm də Avrasiyanın enerji təhlükəsizliyində həlledici rol oynayır.
Prezident İlham Əliyevin dediyi kimi, “Biz öz torpaqlarımızı azad etməklə, həm də beynəlxalq hüququn sarsılmış prinsiplərinə həyat verdik.” Azərbaycanın suveren mövqeyi, qlobal təşkilatlarda ədalətli və praqmatik yanaşması ölkəmizi təkcə regionda deyil, beynəlxalq səviyyədə də “müstəqilliyin simvoluna” çevirib.

Bu gün Qarabağda həyat yenidən canlanır. Şuşada, Füzulidə, Ağdamda, Zəngilanda tikilən hər bir ev, hər bir məktəb, hər bir yol sadəcə infrastruktur deyil – bu, milli ruhun dirçəlişidir. Azad edilmiş ərazilərə qayıdan hər bir vətəndaş faktiki olaraq Zəfərin davamçısıdır."

Deputat bildirib ki, “Böyük Qayıdış” həm də milli modernləşmənin yeni mərhələsi, vətəndaş mədəniyyətinin, dövlət-vətəndaş münasibətlərinin yenilənməsidir:

"Qayıdan insanlar artıq təkcə evlərinə deyil, azadlığın mənəvi məkanına dönürlər. Bu, bərpa edilən yaşayış məntəqələri qədər bərpa olunan kimlikdir.

8 Noyabr Azərbaycan xalqının tarixində həm yekun, həm başlanğıcdır. Bu Qələbə XX əsrin sonundakı məğlubiyyət sindromunu əvəz edən milli qürur ideologiyasının təməlini qoydu. Azərbaycan xalqı göstərdi ki, əsrlərlə formalaşan milli iradə və siyasi liderlik birləşəndə möcüzə reallığa çevrilir.

Bu gün Zəfər Günü yalnız keçmişin şərəfinə qeyd edilmir. Bu, eyni zamanda gələcəyin məsuliyyətidir. Zəfər ruhu Azərbaycanın siyasi sistemində, diplomatik xəttində və cəmiyyətin kollektiv şüurunda əbədi yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see200

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see185

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see151

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see143

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see141

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see133

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri