Icma.az
close
up
RU
Ümumxalq partiyası ŞƏRH

Ümumxalq partiyası ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bildiyimiz kimi, noyabr ayının 21-də müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu ölkəmizin siyasi həyatnıda önəmli rol oynayan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 ili tamam olur. Yeni Azərbaycan Partiyası həqiqətən də son 32 illik tariximizin şanlı səhifələrindəndir.

Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış, və Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna cıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Qarabağ cəbhəsində cərəyan edən məğlubiyyətlər davam edirdi. Qarabağ əhalisi doğma yurdlarından qovulur, onlara vəhşicəsinə divan tutulur, ev eşikləri yandırılırdı.

Azərbaycanın çətin günlərində bütün xalqımızın gözü Naxçıvana dikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi. Hər bir Azəbaycan ziyalısı kimi Ağdamlılar da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan insan ata bilərdi . Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi. Belə bir vaxtda Ağdamlılar da Qarabağın nicat yolunu Heydər Əliyevdə görürdü. Odur ki, bir qrup Azərbaycan ziyalıları Naxçıvana gedərək Azərbaycanı bu bəladan qurtara biləcək yeni bir partiya yaratmaq arzusi ilə Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər yeni yaradılacaq partiyaya rəhbərlik etməyə razılq verdi. Beləliklə, çox çətin vəziyyətdə 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.

Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra çox çətinliklərlə üzləşdi, problemlər yaşadı. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudlugunu nəzərdə tutmurdu. Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Yeni Azərbaycan Partiyası ən başlıcası isə onun yaradıcısı və rəhbəri olan Ulu Öndərimiz Heydər Əliyevə sədaqətli insanlar siyasi fəallıq göstərərək bu yoldan dönmədilər.

Həmin dövrdə Yeni Azərbaycan Partiyasının qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Yeni Azərbaycan Partiyası bu missiyanı yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi.

Yeni Azərbaycan Partiyası Umummilli liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ugurlara imza ataraq şərəfli inkşaf yolu keçmişdir.

Ötən 32 ilə nəzər salsaq Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyini, nəinki ölkənin hətta Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi olarıq.

Azərbaycanın 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə müvəffəq olması isə çoxəsirlik dövlətçilik tariximizin zirvə hadisəsi və şanlı qürur səhifəsidir.

44 günlük şanlı Vətən müharibəsinin məntiqi davamı olaraq 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və bu qısa müddətli antiterror əməliyyatları Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsinə çevrildi.

Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar da çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə partiyamızın VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan və töhfə olacaq.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri