Icma.az
close
up
RU
Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olundu FOTOLAR

Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olundu FOTOLAR

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəfər Günü ərəfəsində 1-8 noyabr tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayonda silsilə tədbirlər təşkil olunub.

Gununsesi.info xəbər verir ki, tədbirlər çərçivəsində Zəfər Gününə həsr olunan “Zəfər Kuboku” mini futbol turniri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi, hərbi-təlim mərhələlərindən ibarət “Döyüş Hərəkətlərini Öyrənirik” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir, “Qəhrəmanlığa yazılan tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib.

Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı bədii-kütləvi tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partıyası Neftçala rayon təşkilatının, Rayon Ağsaqqlar Şurasının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.

Böyük coşqu ilə keçirilən bayram konsertində respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Vəfa Şərifovanın, Nurlan Ordubadlının, Fərahim Sadiqin, Murad Kəngərlinin, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin ifasında vətənpərvərlik mövzularında mahnılar səsləndirilib.

Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Gununsesi.info







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri