Icma.az
close
up
RU
8 ölkə ilə bağlı qərar verildi Avropada müharibə başlayır?

8 ölkə ilə bağlı qərar verildi Avropada müharibə başlayır?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Şurasının Prezidenti Antonio Koşta Birgə məsləhətləşmələrdən sonra Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Qrenlandiya ilə bağlı hər hansı bir məcburiyyət durumunda özlərini müdafiə etməyə hazır olduqlarını bildirib.

Koşta qeyd edib ki, Qrenlandiya ətrafında baş verən son hadisələrlə bağlı məsləhətləşmələr Aİ ölkələrinin “hər hansı bir təhdid formasına qarşı özlərini müdafiə etməyə hazırlıq” və “ümumi maraq doğuran bütün məsələlərdə ABŞ ilə konstruktiv əməkdaşlığı davam etdirməyə hazırlıq” prinsiplərinə qəti sadiqliyini təsdiqləyib.

O, həmçinin əlavə koordinasiya üçün yaxın günlərdə Avropa Şurasının fövqəladə iclasını çağırmaq qərarına gəldiyini açıqlayıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Qrenlandiya ətrafında baş verən son diplomatik və siyasi gərginlik ilk baxışdan lokal mübahisə təsiri bağışlasa da, əslində bu proses transatlantik münasibətlərin dərin struktur böhranının növbəti mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:

“Avropa Şurasının Prezidenti Antonio Koştanın açıqlamaları Avropa İttifaqının bu məsələyə artıq sırf Danimarka-ABŞ problemi kimi deyil, bütövlükdə Avropanın qarşısında dayanan təhlükəsizlik və suverenlik çağırışı kimi yanaşdığını göstərir. Burada əsas məqam Aİ-nin ritorikasında açıq şəkildə “özünü müdafiə etməyə hazırlıq” anlayışının yer almasıdır ki, bu da indiyə qədər ABŞ-la münasibətlərdə istifadə edilməyən ritorika kimi qiymətləndirilə bilər.

Qrenlandiya geosiyasi baxımdan təkcə Arktika bölgəsinin bir parçası deyil. O, ABŞ üçün strateji baxımdan hərbi-logistik əhəmiyyətə malikdir. Avropa üçün isə Qrenlandiya hüquqi və siyasi baxımdan Danimarkanın suverenliyi çərçivəsində kollektiv məsuliyyət zonasına daxildir. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi və bu məsələni açıq təzyiq alətinə çevirməsi Vaşinqtonun artıq müttəfiqlərlə dialoqdan çox güc və iqtisadi sanksiya dili ilə danışmağa üstünlük verdiyini göstərir. NATO üzvü olan səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı təhdid də bunun bariz nümunəsidir.

Antonio Koştanın vurğuladığı ikinci xətt, yəni ABŞ-la konstruktiv əməkdaşlığı davam etdirməyə hazırlıq Aİ-ın hələlik açıq qarşıdurma istəmədiyini göstərsə də, bu, daha çox balanslaşdırılmış mövqe kimi qəbul oluna bilər. Avropa İttifaqı bir tərəfdən transatlantik münasibətləri tam qoparmaq istəmir, digər tərəfdən isə ABŞ-ın Avropanı daxili siyasi və iqtisadi təzyiq obyekti kimi görməsinə razı deyil. Bu, Aİ-nin tədricən “strateji muxtariyyət” konsepsiyasını praktik müstəviyə keçirməsinin göstəricisidir”.


Elçin Mirzəbəyli 

Deputat qeyd edib ki, Tramp administrasiyasının yanaşması klassik müttəfiqlik anlayışını sarsıdır:

“NATO daxilində olan ölkələrə qarşı sanksiya dili ilə danışmaq alyansın kollektiv müdafiə ruhuna ziddir və faktiki olaraq “təhlükəsizlik qarşılığında iqtisadi itaət” modelini gündəmə gətirir. Avropa ölkələrinin birgə bəyanatla cavab verməsi isə bu siyasətin artıq parçalanma deyil, konsolidasiya effekti yaratdığını göstərir.

Avropa Şurasının fövqəladə iclasının çağırılması da vəziyyətin taktiki deyil, strateji səviyyədə qiymətləndirildiyini təsdiqləyir. Bu, Qrenlandiya məsələsinin Aİ üçün presedentə çevrildiyini göstərir. Bu o deməkdir ki, sabah eyni yanaşma Baltik dənizi, Arktika resursları, enerji marşrutları və ya hətta Avropa müdafiə sənayesinə qarşı da tətbiq oluna bilər. Məhz buna görə Aİ bu məsələni erkən mərhələdə kollektiv mövqe ilə qarşılamağa çalışır.

“Avropa İttifaqı ABŞ-la qarşı-qarşıya gələ bilərmi” sualına isə birmənalı cavab cavab vermək mümkün deyil. Qısa müddətdə tammiqyaslı siyasi və ya hərbi qarşıdurma ehtimalı çox azdır. Lakin iqtisadi, diplomatik və normativ qarşıdurma artıq reallıqdır. Trampın gömrük rüsumları təhdidi və Aİ-nin “özümüzü müdafiə etməyə hazırıq” mesajı göstərir ki, tərəflər artıq münasibətləri müttəfiqlik çərçivəsində deyil, maraqların toqquşması prizmasından dəyərləndirirlər.

Bütövlükdə isə, Qrenlandiya məsələsi ABŞ-Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Bu mərhələdə Avropa İttifaqı daha passiv tərəf kimi deyil, öz suveren maraqlarını müdafiə etməyə hazır olan vahid suveren aktor kimi çıxış edir. Bu, birbaşa qarşıdurmadan çox, güc balansının yenidən qurulması prosesidir və məhz bu proses gələcəkdə transatlantik münasibətlərin mahiyyətini müəyyən edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə (Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç) qarşı 1 fevraldan yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Öz növbəsində sözügedən ölkələr də Trampın bu açıqlaması fonunda birgə bəyanat yayıblar.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri