Icma.az
close
up
RU
80 ildir bitməyən savaş, milyonlarla ÖLÜM Hindistan Pakistan münaqişəsinin TARİXİ KÖKLƏRİ

80 ildir bitməyən savaş, milyonlarla ÖLÜM Hindistan Pakistan münaqişəsinin TARİXİ KÖKLƏRİ

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müxtəlif dinlərə sitayiş etsələr də, Pakistanla Hindistan əhalisi min illər boyu bir arada yaşayıblar. Lakin buna baxmayaraq, 1947-ci ildə hər iki tərəfin müstəqillik əldə etməsindən üzü bəri bu iki ölkə daim bir-birilə ədavət aparmaqda davam edir. Münaqişənin kökündə əhalinin əksəriyyəti müsəlman olsa da, ərazisi Hindistana verilən Kəşmir məsələsi dayanır.
Münaqişə necə başladı?
Kiçik toqquşmaları, təxribatları nəzərə almasaq, tərəflər bu günə qədər 3 dəfə genişmiqyaslı müharibəyə cəlb olunublar. Onlar arasında ilk silahlı münaqişə 21 oktyabr 1947– 31 dekabr 1948-ci il arasında davam edib. Münaqişənin səbəbi Cammu və Kəşmir ştatının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi.

Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya tərəfindən Hindistanın bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar regionun Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər. Bu isə müharibəyə səbəb oldu. 1949-cu ilin 27 iyulunda Hindistan və Pakistan cəbhə xətti boyunca atəşin kəsilməsi haqqında müqavilə imzalandı. Nəticədə Kəşmirin 60 faizi Hindistanın, 40 faizi isə Pakistanın nəzarəti altına keçdi.
Üsyandan müharibəyə...
İkinci Hindistan-Pakistan müharibəsi isə 1965-ci ilin avqust-sentyabr aylarında olub. Əsas səbəb Pakistan tərəfindən mübahisəli Kəşmir ştatının Hindistanın nəzarətində olan hissəsində üsyan qaldırmağa cəhd göstərilməsi olub. Tezliklə münaqişə iki dövlət arasında sərhəd müharibəsinə çevrilir. BMT-nin işə qarışması nəticəsində hərbi əməliyyatların qalibi müəyyənləşdirilmədən başa çatdırılır.
1965-ci ilin yazında da Hindistanla Pakistan arasında Böyük Kaç Pannı adlanan səhraya görə sərhəd münaqişəsi baş verib. 1962-ci ilin mart-aprel aylarında hər iki ölkənin sərhədçiləri arasında silahlı toqquşmalar kəskinləşir. Lakin Böyük Britaniyanın müdaxiləsi nəticəsində münaqişə aradan qaldırılır. İngiltərənin vasitəçiliyi ilə tərəflər 30 iyunda atəşin kəsilməsi haqqında müqavilə imzaladılar. 4 iyul 1969-cu ildə İslamabadda imzalanan müqaviləyə görə, Kaş Pannı ətrafında yaranmış mübahisə aradan qaldırılır. Pakistan daha çox əraziyə iddia etsə də, müqavilənin şərtlərinə görə ona bölgənin 900 km²-lik ərazisi verilir.
1971-ci il kampaniyası
Tərəflər arasında üçüncü müharibə isə 1971-ci ildə baş verir. Silahlı toqquşmağa səbəb Hindistanın əvvəllər Pakistanın tərkibində olan Banqladeşin müstəqilliyini tanıması oldu. 1971-ci ilin 3-17 dekabr arasında davam edən döyüşlər Hindistanın qələbəsilə yekunlaşır.
İndi də İslamabadla Dehli arasında sərhəddə gərginlik hökm sürür. Tərəflər hələlik kiçik toqquşmalarla kifayətlənirlər.
Budəfəki gərginlik nə vəd edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə irimiqyaslı hərbi toqquşmaların olacağını düşünmür:

“İngilis imperalizmi digər yerlərdə olduğu kimi burada da “parçala və hökm sür” siyasəti yürüdərək xalqları bir-birinə qarşı qoydu. Onlar əhalinin əksəriyyəti müsəlman olan Kəşmiri Hindistana verdilər. Nəticədə də Hindistanla Pakistan arasında münaqişənin təməlini qoydular.

Necə ki, vaxtilə Qarabağ ermənilərinə muxtariyyət verdilər, amma Ermənistanda yaşayan azərbaycanlılara münasibətdə buna getmədilər. Belədə, həmin münaqişənin əsasını qoydular. İmperalist dövlətlər hər zaman başqa xalqları öz nəzarətlərində saxlamaq üçün bu fənddən istifadə edirlər”.
Ekspert qeyd edir ki, ingilis imperalizminin bəd əməlləri öz fəsadlarını son 70-80 ildə mütəmadi olaraq göstərməkdədir:
“Hindistan Kəşmirdəki müsəlmanların idarəetmə hüququnu daim məhdudlaşdırır. Ona görə də vaxtaşırı təxribatlar yaratmaq lazım gələndə hansısa terror əməli törədirlər. Ardınca da insanlar bir-birini qırmağa başlayır. Bəzi ekspertlərin fikrincə, terror aktını ola bilsin, Hindistan xüsusi xidmət orqanları təşkil edib.

İndiki şəraitdə Pakistana Hindistanla qarşıdurma lazım deyil. Çünki daxildə özünün xeyli problemləri mövcuddur. İslamabadın əfqan talibləri, bəlucistan separatçıları ilə münasibətləri çətindir. Bu mənada indiki halda Pakistana Dehli ilə münasibətləri gərginləşdirmək sərf etmir. Hindistan isə Pakistandan dəfələrlə güclü və daha zəngindir”.

Politoloqun fikrincə, tərəflər çalışacaqlar ki, yaranmış gərginlik daha böyük toqquşmalara gətirib çıxarmasın:
“Xarici dövlətlər də tərəfləri genişmiqyaslı qarşıdurmadan çəkinməyə səsləyiblər. Bu əsasda genişmiqyaslı müharibə gözlənilmir.Keçən əsrin 60-cı illərində tərəflər genişmiqyaslı müharibə apardı. SSRİ onları həmin vaxt barışdırmağa nail oldu. İndi isə SSRİ yoxdur, barışdıran dövlət də yoxdur. Lakin fikrimcə, tərəflər qüvvələr nisbətini nəzərə alıb çalışacaqlar ki, baş vermiş insident genişmiqyaslı müharibəyə çevrilməsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri