Icma.az
close
up
RU
Kəsilməlidir ki, faciə olmasın Bir hadisədə 3 nəfər xəsarət aldı

Kəsilməlidir ki, faciə olmasın Bir hadisədə 3 nəfər xəsarət aldı

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bakının mərkəzində güclü külək çinar ağacını 3 nəfərin üzərinə aşıb. Hadisə nəticəsində paytaxt sakinləri 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderov və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağac altında qalaraq xəsarət alıblar.

Ağacların aşaraq nəyəsə zərər verməsi ilk dəfə deyil. Adətən, güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edilir. Hadisə zamanı avtomobillərə ziyan dəyir. Amma bu dəfə 3 insan xəsarət alıb. 

Bəs qurumlar hansısa faciəvi halın qarşısını almaq üçün addım atırmı?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ölkə.az-a açıqlamasında bildirib ki, burada vətəndaşların da üzərinə ciddi vəzifə düşür.

Onun sözlərinə görə, birinci növbədə vətəndaşlar çox məsuliyyətli və diqqətli olmalıdırlar:

"Yəni onlar zaman-zaman belə halların baş verməməsi üçün çox ehtiyatlı olmalıdır. Çünki tez-tez külək əsir, dövlət qurumları yağışlı, küləkli hava ilə bağlı vətəndaşlara xəbərdarlıq edir. Onlar bunu nəzərə alaraq təhlükəli ərazilərdən uzaq olmalıdır. Yağış yağan, külək əsən, təhlükəli yerlərdə avtomobili saxlamamalıdırlar və eyni zamanda həmin yerlərdən keçərkən də diqqətli olmalıdırlar.

Mən düşünürəm ki, birmənalı olaraq aidiyyəti strukturlar da, dövlət qurumları da davamlı olaraq araşdırma aparmalıdır. Monitorinq keçirməlidirlər ki, belə bir vəziyyət olanda onlar vaxtında bu ağacları kəssinlər ki, faciə olmasın. Ona görə burada hər iki tərəfin üzərinə məsuliyyət düşür, yalnız dövlətin üzərinə düşmür. Dövlətlə yanaşı insanlarımız da diqqətli olmalıdır. Dövlət qurumlarının çağırışlarını ciddi şəkildə nəzərə almalıdırlar".

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə də saxladıq.

Qurumdan bildirildi ki, hazırda Bakı şəhərində güclü küləklərin müşahidə olunması ilə bağlı yaşlı ağaclarda aşma ehtimalını nəzərə alaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür:

"Belə ki, ərazilərdə mövcud olan iri, köhnə və potensial təhlükə yaradan ağacların monitorinqi aparılır; quru, zədələnmiş və külək zamanı sınma ehtimalı olan budaqlar kəsilərək təmizlənir; aşma təhlükəsi yüksək olan ağacların dayaqlarla möhkəmləndirilməsi təmin olunur; əhalinin sıx hərəkət etdiyi küçə və parklarda nəzarət gücləndirilir; gözlənilməz halların qarşısını almaq üçün operativ qruplar hazır vəziyyətdədir.

Qeyd edək ki, məqsədimiz həm ağacların qorunmasını, həm də vətəndaşların təhlükəsizliyini təmin etməkdir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri