80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı Oğlu infarkt oldu
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Konyanın Seydişehir rayonunda yaşayan 80 yaşlı qadın Gülsüm A., təqaüdünü almağa getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub.
"Bakupost" Türkiyə KİV-ə istinadla xəbər verir ki, onların arasında yaranan dostluq zamanla sevgiyə çevrilib.
Belə ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini deyərək evdən çıxır, amma axşama qədər qayıtmadığı üçün ailəsi narahat olur və axtarışa başlayır. Onun xəstəxanaya getmədiyi məlum olduqdan sonra vəziyyət jandarmaya bildirilir.
Günlərlə davam edən axtarışlardan sonra Gülsüm A.-nın Kazım Y. ilə birlikdə olduğu müəyyən edilir.
Jandarma qrupları tərəfindən dindirilmə zamanı Gülsüm A.-nın öz istəyi ilə Kazım Y. ilə birlikdə olduğu və onunla evlənmək istədiyi öyrənilir.
Ailəsi əvvəlcə şoka düşsə də, onun sağ-salamat qayıtmasının ən böyük təsəlli olduqlarını bildirirlər.
Məlumata görə, oğlu Əhməd A. hadisələri eşidəndə infarkt keçirib. Ailə bildirib ki, baş verən hər şeydən sonra cütlüyün rəsmi olaraq evlənərək birlikdə xoşbəxt bir həyat sürəcəyinə ümid edirlər.
Aygün
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Sentyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















