Icma.az
close
up
RU
84 il eyni şirkətdə çalışan dünyanın ən sadiq işçisi

84 il eyni şirkətdə çalışan dünyanın ən sadiq işçisi

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neçə ildir eyni şirkətdə işləyirsiniz? Beş il? On il? Volter Orthman adlı şəxs 84 il eyni şirkətdə çalışıb. 6 yanvar 2022-ci ildə bu qeyri-adi nailiyyət Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi olaraq təsdiqlənib. Volter eyni işdə bu qədər uzun müddət belə həvəslə işləməyi necə bacarıb? Onun sirri nizam-intizam və bağlılıqdır. Hər gün eyni şirkətdə işləməyin dincliyi və motivasiyası onun dünyanın ən uzun karyerasına sahib olmasına səbəb olub. Gəlin, onun hekayəsinə daha yaxından nəzər salaq.

1938-ci ildə 15 yaşında Valter Orthman Braziliyanın Santa Catarina bölgəsindəki tekstil şirkətində köməkçi kimi işləməyə başlayıb.

O zaman bu gəncin bir gün bütün dünyada tanınan bir insana çevriləcəyini heç kim bilə bilməzdi. Volter erkən yaşlarından öyrənməyə həvəsi ilə tanınırdı. Böyük alman əhalisi olan Braziliyanın cənubundakı Brusk şəhərində anadan olan Valter öz qətiyyəti və nizam-intizamı ilə hər cür çətinliyə qalib gəlirdi.

O, ailəsinin maddi sıxıntısı səbəbilə erkən yaşlarından işləməyə başlayıb. Alman dilinə güclü istedadı olduğundan anası ilə getdiyi tekstil fabrikinə dərhal işə götürüldü. Valterin həyatı elə o zaman dəyişməyə başladı. Burada göstərdiyi yüksək performansla tez bir zamanda zirvəyə yüksəldi.

Davamlı olaraq özünü təkmilləşdirən və gözlənilməz işlər görən Volter tezliklə satış vəzifəsinə yüksəldi. Uğurları satışda da davam etdi və bir müddət sonra satış meneceri oldu.

O, müsahibələrindən birində belə deyib: "Mənə satıcı işləmək imkanı verildi. San Pauloya getdim və bir həftədən az müddətdə istehsalı üç aylıq işə bərabər olan sifarişlərlə qayıtdım". Volterin səyi onun işinə nə qədər qətiyyətli və bağlı olduğunun sübutu idi.

Volter hesab edir ki, işin ən dəyərli cəhəti sizə məqsəd, öhdəlik və rutin hissi bəxş etməsidir. Bu perspektiv ona biznesdə qalmağa və hər gün enerjili işləməyə davam etməyə imkan verib.

1950-ci illərdə Volter ölkəni gəzməyə başladı və müxtəlif şəhərlərdən və mədəniyyətlərdən olan insanlarla görüşərək özünü daha da inkişaf etdirdi. Səyahət onu həmişə ruhlandırıb. Bununla o, təkcə iş deyil, həm də çoxlu dostluq münasibətləri qurub.

Müştəriləri ilə qurduğu güclü əlaqələr onu biznesdə uğur qazandıran ən vacib elementlərdən biri idi. Volter təkcə iş adamı deyil, həm də iş dünyasında dostluq və yaxşı münasibətlərə üstünlük verən lider idi.

V. Orthman 84 illik karyerası ərzində həm öz şirkətində, həm də dünyada böyük dəyişikliklərin şahidi olub. Onun illər ərzində öyrəndiyi ən vacib şeylərdən biri biznesdə aktual qalmaq və daim dəyişən şərtlərə uyğunlaşmaq olub.

Volter Ortman 2 avqust 2024-cü ildə 102 yaşında dünyasını dəyişib. O, təkcə uzun ömrü ilə deyil, həm də empatiyası və insanlığı ilə lider kimi tarixdə qalıb. Özünün də dediyi kimi: "Sevdiyimiz şeylərlə məşğul olanda zamanın hesabını itiririk".

Peşəkar olaraq, Volterin verdiyi ən dəyərli məsləhət həqiqətən motivasiyalı və dəyərli hiss etdiyiniz bir şirkətdə işləməkdir. Çünki belə bir mühitdə uğur qaçılmazdır.

Onun məqsədləri nə keçmişdə, nə də gələcəkdə idi, o, sadəcə olaraq anın gücünə inanırdı: "Mən çox plan qurmuram, sabaha çox əhəmiyyət vermirəm. Yalnız anı yaşayıram. Sabah oyanacağım, idmanımı edəcəyim və işə gedəcəyim başqa bir gün olacaq. Keçmiş və ya gələcək haqqında düşünməkdənsə, bu anda olmaq vacibdir. Gəl, işə başlayaq!".

O, adının Ginnesin Rekordlar Kitabına düşməsi uğurundan da qürur duyurdu.

Əvvəlcə belə bir uğuru ağlına belə gətirə bilməzdi. O deyirdi ki, onun ən qürurverici uğuru ən uzun müddət eyni şirkətdə çalışan şəxs kimi adını tarixə yazdırmasıdır. Volter Orthmanın hekayəsi uğur və qətiyyətin simvoluna çevrilib.

O da hamı kimi karyeraya başlasa da, illər keçdikcə işinə olan həvəsi və fədakarlığı sayəsində tarixə düşüb. 84 ildir eyni şirkətdə çalışaraq təkcə karyera deyil, həm də həyat fəlsəfəsi qurub.

Ortman işin sadəcə pul qazanmaq üçün deyil, həm də bir məqsədə xidmət etmək üçün görülməli bir iş olduğunu çox yaxşı bilən, insanları hər gün motivasiya edən biri idi. Volterin hekayəsi bizə işin sadəcə bir iş olmadığını, onu sevməyin və ona bağlı olmağın nə qədər vacib olduğunu öyrədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri