Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatları çatdırmağı təklif edib.
AZXEBER.COM xəbər verir ki, Amerika lideri bu barədə Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə danışıb.
Ağ Ev rəhbərindən Vensin tərəflər arasında danışıqların bərpası üçün Rezaiyə məktub göndərdiyi barədə məlumatları şərh etməsi xahiş olunub.
"Xeyr, məsələ burasındadır ki, onların dərman və digər ləvazimatlarla bağlı yardıma ehtiyacı var. O (Vens - red.) məndən bu barədə nə düşündüyümü soruşdu. Mən də dedim ki, əgər bunu etmək istəyirsə, edə bilər. Əslində, söhbət, səhhəti yaxşı olmayan insanlara lazım olanları təmin etməkdən gedir", - Tramp bildirib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Vens sözügedən məktubu Trampın göstərişi ilə göndərib. Nəşrin iddiasına görə, vitse-prezident Tehran və Vaşinqton arasında prezidenti yaxın həftələrdə hərbi əməliyyatlara qayıtmamağa inandıra biləcək qədər təmas nöqtələrinin olub-olmadığını aydınlaşdırmaq niyyətində idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Oktyabr 2026 04:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















