Icma.az
close
up
RU
84 illik ssenari: Xamenei gedir, ölkə bölünür İranın yeni lideri bu şəxs olacaq

84 illik ssenari: Xamenei gedir, ölkə bölünür İranın yeni lideri bu şəxs olacaq

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran 1941-ci ili yenidən təkrarlayacaq?

Bu dəfəki Rza Şah kimdir?

Qəribədir.

Bəlkə də çox məntiqli.

Supergüclər – ABŞ və Rusiya Kiyevlə məsləhətləşmədən Ukraynanı bölürlər.

İranı da oxşarcasına, Tehrandan rəy soruşmadan…

Ssenari əvvəlkidir. Köhnədir. Qədimdir.

Həmişəkidir.

Vaxtilə Poşanı 18-ci əsrdə, 20-ci əsrdə bu cür parçalayıblar.

İran oxşar ssenarini 1941-ci ildə, Rza Şah dövründə yaşayıb.

Şimalına sovet ordu hissələri yeridilib. Güneyinə anqloamerikan ordu birlikləri.

Paralellər, ssenari… bəli, çox köhnədir. Əvvəlkidir. Həmişəkidir.

İndi gəlin bu xronologiyanın, ssenarinin ən müasir redəktəsini izləyək.

1) Fevralın 12-də Donald Tramp Putinə uzun fasilədən sonra ilk telefon zəngini vurur.

Arada xahiş edir ki, Moskva İran-ABŞ münasibətlərində yengəlik etsin.

Əvvəl oxşar missiyanı Cenevrə, İsveçrə reallaşdırırdı. “Hizbullah”, SEPAH kimi qurumların qara kassası, diplomatik, casus trafiki məhz İsveçrə marşrutundan keçsə də…

Şeyx Nəsrullahın qətlindən sonra bu oturuşmuş köhnə vasitəçilik kanalında qısa qapanma baş tutdu.

Yeni vasitəçi namizəd kimi Rusiya göstərildi.

Bu, İsraillə ABŞ-ın birgə xahişi idi. Putin-Netanyahu-Tramp triumviratı bax bu cür formalaşdı.

2) Fevralın 18-də Ər-Riyad danışıqları vaxtı mövzu öz real məzmunu alır. Danışıqlar ikimasalıydı. Ər-Riyad dialoqu, Tehrandakı “Xəzərətrafı ölkələr sammiti” ilə tam sinxrondu.

Moskva bir-ki saatlıq gecikməylə, Tehranı danışqıların tam qapalı məzmunu ilə tanış edirdi.

Yəni əslində danışıqlar heç iki də yox… üçmasalıydı.

1-2 saatlıq gecikmənin də izahı var – Moskva ilə Vaşinqton bu vaxt ərzində Netanyahu ilə məsləhətləşirdilər.

İran tərəfdən masa arxasında kim idi? Cavad Zərif başda olmaqla İran liberalları?

Yoxsamı İran konservatorları?

Məsud Pezeşkianın vitse-prezidenti, “Strateji məsələlər üzrə baş memar” Cavad Zərif sözsüz, bu danışıqlardan kənarda saxlanılıb.

Zərifə İranda “zəif halqa” kimi baxırlar.

3) Zərif, bu etimadsızlığa öz cavabını gecikdirməyib. Növbəti istefasını açıqlayıb. Səbəbkarı göstərib – İran kəşfiyyatı ETTELAAT-ın sabiq rəhbəri Qulamhüseyn Möhseni Əcai.

Sonra “Məhəmməd Fəzili” Yutub kanalına verdiyi müsahibəsində mövzunu azca genişləndirib: “Mən Zelenskini, İran isə Ukraynanı xatırladır”.

Diplomatik danışıqlarda qanundur – masada bir yox… iki dosye olar adətən.

ABŞ-Rusiya danışıqlarında Ukrayna mövzusu İran dosyesi ilə sığortalanır. Tənzimlənir. Tərzinin bir gözündə Tehrandı, digərində Kiyev.

İran bu ikili oyuna qarşı öz tərazisin qurub.

Tehran ABŞ-la dialoqu təkcə Moskvaya tapşırmır. Qətərə, Məhəmməd əl-Taniyə də tapşırır.

Vaşinqton da Tehrana birnüsxəli məktub göndərmir.

İki nüsxədə məktub göndərir.

Biri Qətərdən gəlir. İran liberallarının, Cavad Zərifin ünvanına.

Digəri İran konservatorlarının ünvanına. Yəni Qulamhüseyn Möhsen Əcainin dəftərxanasına.

Xamenei və Qulamhüseyn Əcai

Yəni Vaşinqtonla Moskvanın ikimasalı, üçmasalı söhbətinə Tehran da oxşar, adekvat cavab, iki format formalaşdırıb.

Bu səbədən Cavad Zərif İranın heç də zəif halqası deyil.

Vacib halqasıdır deyərdim hətta.

İran konservatorları Moskva-Vaşinqtonla Qulamhüseyn Möhsen Əcai vasitəsilə danışırlar.

Bu xətt qələbə çalsa, İranın gələcək hakimi, dini rəhbəri məhz Qulamhüseyn Möhsen Əcai olacaq.

Cavad Zərif öz istefa ərizəsində bu şəxsin adını elə belə hallandırmayıb.

İranla Amerika 1941-ci ildəki kimi İranı bölüşdürməyə hazırlaşırlar.

Xameneinin varisi mövzusu, sözsüz, indidən müzakirəyə çıxarılmalıdır.

Barəsində kompramat çantasının olması Əcai şanslarını xeyli artırır.

Kompramat çantası, bəlkə də çamadanı isə çoxdan Qərbdə, Kanada məhkəməsindədir.

Huşəng Buzari, İranın sabiq neft nazirinin müavini, məhkəməyə verdiyi ifadələrində Əcaini korrupsiyada ittiham edib. Sənədlərlə sübut edib ki, Tehran məhbəslərindən çıxmasında ötrü Əcaiyə 3 milyon dollar rüşvət ödəyib.

Qısası, qara keys hazırdı.

Elə namizəd də.

Trampın Xameneiyə göndərdiyi iki fərqli məktubun təxmini məzmunu mənə artıq aydındır.

Sizə də aydın olsun.

Həmid Herisçi
globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri