Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyalı siyasətçi Devid Lemmi Baş nazir Endi Börnhemə növbəti parlament seçkilərində Leyboristlər Partiyasının Avropa Birliyinə (AB) yenidən üzvlük vədi ilə iştirak etməsi çağırışı edib.
Axar.az xəbər verir ki, Devid Lemminin fikrincə, yalnız Avropa Birliyinə tamhüquqlu üzvlük Böyük Britaniyada iqtisadi artımı təmin edə və ölkəyə AB-nin vahid bazar qaydalarının formalaşdırılmasında söz sahibi olmaq imkanı verə bilər.
Bu çağırış Baş nazir Endi Börnhemin Böyük Britaniyanın Avropa ilə uzunmüddətli münasibətlərinin yenidən qurulmasına dair mümkün variantları təqdim edəcəyini açıqlamasından sonra səsləndirilib. Baş nazir gələcəkdə ölkənin Avropa Birliyinə yenidən üzvlüyü məsələsinin gündəmə gətirilə biləcəyini istisna etməsə də, növbəti parlament seçkilərinə qədər münasibətlərdə köklü dəyişikliklərin aparılmayacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Noyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















