9 May paradında Ukrayna dronları uça bilər Zelenski təhdid etdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mayın 9-da Moskvada keçirilməsi planlaşdırılan parada Ukrayna dronlarının uçub gəlmə təhlükəsi var.
“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu iddia ilə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda Avropa Siyasi Birliyinin VIII sammitinin açılışında çıxış edib.
Ukrayna lideri Rusiyanın artıq əvvəllər göründüyü qədər güclü olmadığını bəyan edib: “Rusiya mayın 9-na parad elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər həqiqətən belədirsə, bu, uzun illər ərzində ilk dəfə olacaq ki, onlar paradda silah-sursat nümayiş etdirə bilməyəcəklər. Həmçinin parada Ukrayna dronları da uçub gələ bilər. Bu göstərir ki, onlar artıq əvvəlki kimi güclü deyillər”.
Eyni zamanda, Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyalarla təzyiqin davam etdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması ideyası qəbuledilməzdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 May 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















