Avstraliya alimləri ilə birgə layihə
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və Avstraliyanın aparıcı elmi mərkəzlərini təmsil edən beynəlxalq tədqiqat qrupu süni intellekt və intellektual analiz sahəsində uzun illərdən bəri mövcud olan fundamental bir problemin həlli üçün tamamilə yeni yanaşma təklif edib. Təqdim olunan tədqiqat işində isə alimlər bu çatışmazlığı aradan qaldıran mütləq qiymətləndirmə mexanizmi işləyib hazırlayıblar.
Ciddi riyazi əsaslara söykənən bu yenilik yalnız nəzəri xarakter daşımır, gündəlik həyatımızda bir çox sahələrdə geniş tətbiq imkanlarına malikdir. Məsələn, təbabətdə – xəstəlik tiplərinin dəqiq təyini və pasiyentlərin dərmanlara həssaslığına görə doğru qruplaşdırılmasında, kibertəhlükəsizlikdə – kompüter şəbəkələrində kiberhücumların və anomaliyaların anında aşkarlanmasında, ağıllı şəhərlərdə nəqliyyat sıxlığının və insan axınının optimallaşdırılmasında, kosmik tədqiqatlarda peyk təsvirlərinin və geofiziki xəritələrin yüksək dəqiqliklə analizində, o cümlədən kənd təsərrüfatında və digər sahələrə tətbiqində mühüm töhfələr verə bilər.
Dünya səviyyəli bu elmi uğura imza atan beynəlxalq heyətin tərkibinə professor Adil Bağırov və dosent Nərgiz Sultanova (Avstraliya Federasiya Universiteti), AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev (İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru) və dosent Sona Taheri (Melburn Kral Texnologiya İnstitutu) daxildir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 31 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















