Icma.az
close
up
RU
Ərkivanda 9 may Qələbə günü qeyd edildi VİDEO/FOTOLAR

Ərkivanda 9 may Qələbə günü qeyd edildi VİDEO/FOTOLAR

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallı rayonunun Ərkivan qəsəbəsində 9 may – faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə tədbir keçirilib.
Ərkivan Xeyriyyə Cəmiyyətinin və Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Ərkivan Şəhidlər parkı”nda baş tutub.
Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, məktəblilər və qəsəbə ictimayəti iştirak edib.
Tədbir iştirakçıları 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak edən ərkivanlıların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Böyük vətən müharibəsi və Qarabağ şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov tədbir iştirakçılarına II Dünya müharibəsi dönəmində iştirak edən həmyerlilərimizlə bağlı məlumat verdi.
Çıxış edən şəhid qardaşı Mircəlal Əliyev, veteran müəllim Məmmədağa Sadıqov, “Tərəqqi” medallı mədəniyyət işçisi Vəkil İsmailov, tarix müəllimi Tərlan İslamov, ilahiyatçı Cəbrayıl Məmmədov və başqaları bayram münasibətilə təbriklər söyləyib, faşizm üzərində qələbə çalan babalarımızın qəhramanlıqlarından söz açıblar.
Qeyd edək ki, Böyük vətən müharibəsində ümumilikdə 418 nəfər ərkivanlı iştirak edib ki, onların da 253 nəfəri müharibədə həlak olub və ya itkin düşüb, 165 nəfər isə müharibə veteranı olaraq geri dönüb.
Sonda tədbir iştirakçıları Ərkivan qəsəbəsində yerləşən “Şəhidlər bulağı” abidə kompleksində görülən əsaslı təmir işləri ilə tanış olublar. 22 il öncə xeyriyyəçi iş adamı, Gülağa Tənhanın maliyyə dəstəyilə ucaldılan abidə kompleksi hazırda onun maddi köməkliyi ilə təmir edilir.
Cəfər Cəfərov,
Elsevər Əliyev,
Faiq Mirzə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri