Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

9 min ildir insanların dostu olan pişiklərlə bağlı nə bilirik?

9 min ildir insanların dostu olan pişiklərlə bağlı nə bilirik?

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya Pişiklər Günü müxtəlif ölkələrdə fərqli tarixlərdə qeyd olunur. Belə ki, bəzi mənbələrə görə, 1 mart Ümumdünya Pişiklər Günü kimi qeyd olunur. ABŞ-də 29 oktyabr Milli Pişik Günü kimi qeyd edilir. Yaponiyada 22 fevral Milli Pişik Günü olaraq qeyd olunur. Bu tarix "nyan nyan nyan" (pişiklərin səsi) ifadəsinə uyğun seçilib. Avropa ölkələrində, xüsusilə İtaliyada və Türkiyədə 17 fevralda qeyd edilir. 

Sfera.az bildirir ki, bu tarix ilk dəfə 1990-cı ildə italyan jurnalist Klaudia Angeletti tərəfindən keçirilən sorğu nəticəsində "Dünya Pişik Günü" olaraq qəbul edilib. 

Qədim mənşəyi tam məlum olmasa da, pişiklərin (Felis catus) mənşəyi təxminən 9,000 il əvvəl Yaxın Şərqə gedib çatır. Qədim Misirdə pişiklər müqəddəs sayılır və tanrılaşdırılırdı. Onlar məhsuldarlıq və qoruma simvolu kimi qəbul edilirdi. Cənubi Kiprdə bir insan skeletinin yanında tapılan bir pişik skeleti eyni dövrə təsadüf edir. Çində 5.300 illik tarixi olan qeydlərə görə, o dövrdə pişiklər kənd təsərrüfatı məhsullarına zərər verən gəmiriciləri ovlayırdılar. Bu məlumatlarda pişiklərin zərərvericiləri ovlamaq üçün fermerlər tərəfindən bəsləndikləri qeyd olunur. Pişiklərin bəslənilməsi haqqında ən etibarlı mənbələr eramızdan əvvəl 1500-cü illərə təsadüf edir.

Alimlər iddia edir ki, 9 min ildən çoxdur insanlarla birlikdə yaşayan pişiklər bəşər övladının evcilləşdirdiyi ilk heyvandır. Bundan başqa, pişiklər insanların ən çox qəbul etdiyi və sahibləndiyi heyvan növüdür.

Pişiklər təkcə ev heyvanı deyil, həm də ağıllı, çevik və maraqlı instinktlərə sahib canlılardır. Onların bir çox xüsusiyyəti fərqli və bənzərsizdir. 

Belə ki, pişiklər çox elastik onurğaya malikdirlər və bu, onların yüksəkdən tullanaraq təhlükəsiz enməsinə kömək edir. Onların skeleti digər məməlilərdən fərqli olaraq daha elastikdir. Quyruqları pişiklərə tarazlıq saxlamağa kömək edir. Bu səbəbdən onlar incə səthlər üzərində rahat hərəkət edə bilirlər. Pişiklər gecə görmə qabiliyyəti yüksək olan heyvanlardır. Onların gözlərindəki “tapetum lucidum” adlı təbəqə işığı əks etdirərək qaranlıqda daha yaxşı görmələrini təmin edir. Pişiklərin bığları ətraf mühiti hiss etməyə kömək edən sensor orqanlardır. Bu bığlar dar yerlərə sığa biləcəklərini müəyyən etmək üçün istifadə edilir. İnsanlar kimi tərləmə qabiliyyəti yoxdur. Onlar ağızlarını açır və temperaturu idarə etmək üçün nəfəs alırlar. Pişiklərin uzunmüddətli yaddaşı güclüdür. Onlar sahibini, yaşadıqları ərazini və onlara yaxşılıq edən insanları illərlə yadda saxlaya bilərlər. Araşdırmalar göstərir ki, pişiklər insanların emosional vəziyyətini hiss edə bilirlər və bəzən təsəlli vermək üçün yaxınlaşırlar.

Pişiklər itlərdən fərqli olaraq daha müstəqil heyvanlardır. Onlar əksər hallarda təkbaşına ov etməyə və yaşamağa uyğunlaşmışdırlar. Hətta ev pişikləri belə ov instinktlərini saxlayır. Onlar siçan, quş və böcəkləri təqib edib tuta bilirlər. Çoxları pişikləri soyuq və laqeyd hesab etsə də, onlar sahiblərinə sadiqdirlər və bəzən  onlara itlər qədər sevgi göstərə bilirlər.

Maraqlıdır ki, yetkin pişiklər bir-biri ilə nadir hallarda miyaulayaraq ünsiyyət qururlar. Onlar bu səsi əsasən insanlara nəsə çatdırmaq üçün istifadə edirlər. Pişiklər rahat və xoşbəxt olduqda, həmçinin bəzən narahatlıq və ağrı hiss etdiklərində mırıldayırlar. Mırıldamanın sakitləşdirici və sağaldıcı təsirinin olduğu düşünülür.

Pişiklər gündə saatlarla özlərini yalayaraq təmiz saxlayırlar. Onların tüpürcəyi antiseptik xüsusiyyətlərə malikdir və bu, bədənlərini mikroblardan qorumağa kömək edir. Əksər pişiklər təbii instinkt olaraq öz tullantılarını torpağa və ya quma basdırırlar. Bu vərdiş evdə saxlanılan pişiklərin qum qabından istifadəsini asanlaşdırır.

Dünyanın müxtəlif ölkələrində pişiklərlə bağlı maraqlı qanunlar mövcuddur.

Belə ki, İtaliyada öz pişiyini küçəyə atan şəxslər 10,000 avroya qədər cərimə və ya 1 il həbs cəzası ilə cəzalandırıla bilər. Almaniyada heyvanların çəkilişlər zamanı əziyyət çəkməsi qadağandır. Avstriyada pişiklərin qulaqlarını və ya quyruqlarını kəsmək, onları zəncirləmək qanun pozuntusu hesab edilir və bu, 15,000 dollara qədər cərimə ilə nəticələnə bilər. 

Azərbaycanda isə pişiklərin qorunması və onlara qarşı münasibət qanunvericiliklə tənzimlənir.

Qanunvericilikdə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanma şərtləri" haqqında qaydalar mövcuddur. Bu qaydalar ev heyvanlarının saxlanılması, onların qeydiyyatı və digər məsələləri əhatə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur. 

Dünya Pişiklər Günü müxtəlif tarixlərdə qeyd olunsa da, məqsəd eynidir: pişiklərin rifahına diqqət çəkmək və onların hüquqlarını qorumaq. 


Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri