Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Mirzə Bala Məhəmmədzadənin imzaları

Mirzə Bala Məhəmmədzadənin imzaları

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Abid TAHİRLİ

(Əvvəli ötən sayımızda)

Mirzə Balanın həyatı, yaradıcılığı və mühitinə həsr etdiyi monoqrafiyasında (Zirədən başlanan yol. Bakı, "Gənclik", 2018. 280 səh.) Asif Rüstəmli onun "Mirzə Bala", "Nuhoğlu", "Əli Kutluq", "M.B.Daşdəmir", "M.B.Məhəmmədzadə", "Ə.Kut" imzaları ilə əsərlərini çap etdirdiyini vurğulayır və əlavə edir: "Hesab edirik ki, "Gənclər yurdu" jurnalında (Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məhəmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi - T.A.) tez-tez istifadə olunan "Azər Elli" imzası da Mirzə Bala Məhəmmədzadəyə  məxsusdur".

Mübariz Süleymanlı "Mirza Bala Mehmetzadenin "Kurtuluş" mecmuasındakı yazıları haqqında" (Türk Dünyası İncelemeleri Dergisi, C. VIII, № 1, 2008, s. 171-178.) məqaləsində ədibin dərgidəki məqalələrinin mövzusu təhlil edir, ideya istiqamətinə aydınlıq gətirir, lakin imzalarından söz açmır. Nəsiman Yaqublu elmi-tədqiqat əsərlərində (Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu Bakı, "Adiloğlu" nəşriyyatı-2007. 212 səh; Azərbaycan mühacirət irsi. (Materialları hazırlayan, ön sözün müəllifi və elmi redaktor: Nəsiman Yaqublu). Bakı, "Elm və təhsil", 2011. - 232 səh.) Mirzə Balanın Türkiyə, Polşa və Almaniyadakı həyat və fəaliyyətinin işıqlandırılmasına kifayət qədər yer ayırsa da, onun imzalarından ayrıca bəhs etməyib.   

İstiqlal mücahidi Hüseyn Baykara "Azerbaycan istiklal mücadilesi tarihi" əsərinə (İstanbul, 1975, Gənclik basımevi, 343 səh.)  "Mirza Bala Mehmetzadenin bioqrafisi (1898-1959)" adlı məqalə daxil edib. Burada ədibin həyat və fəaliyyəti xronoloji ardıcıllıqla izlənilsə də, imzaları barədə heç nə yazılmayıb.

Azərbaycan mühacirət ədəbiyyatının tanınmış tədqiqatçılarından Səbahəttin Şimşir  "Azerbaycanlıların Türkiyede siyasi ve kültürel faaliyetleri (1920-1991) adlı əsərində (Azerbaycan Kültür Yayınları Dernegi №49, Kızılay, Ankara, 1999, 256 s.) Mirzə Balanın həyat və fəaliyyəti haqqında yeri gəldikcə bəhs edir, daha sonra kitabda mücahidin ömür yolu və yaradıcılığına dair ayrıca məqalə verir. S.Şimşir Mirzə Balanın Azərbaycan mühacirət mətbuatı ilə yanaşı, Türkiyənin "Tanin", "Cümhuriyyət" və "Milliyyət" qəzetləri ilə sıx əməkdaşlıq etdiyini göstərib. O, əsərində eyni zamanda Mirzə Balanın 1939-cu ildə Türkiyəyə geri dönməsi, İstanbulda məskunlaşması, 1942-1955-ci illərdə "İslam Ensiklopediyasında çalışdığını və həmin nəşrə 50-yə yaxın məqalə yazdığını göstərir. S.Şimşir də M.Balanın məqalələrinin dərc edildiyi mətbu orqanlar və imzaları haqqında Əhməd Qaracanın qeydərinə əlavələr etməyib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası seriyasından nəşr etdiyi "Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri" kitabına (VII cild. Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri. Bakı: Elm və təhsil, 2023, 612 səh.) filologiya elmləri doktoru Nikpur Cabbarlının yazdığı "Mirzə Bala Məhəmmədzadə" adlı ön sözdə M.B.Məhəmmədzadənin yazılı irsinin kifayət qədər zəngin və çoxcəhətli olduğunu vurğulayır, özündən əvvəlki məlumatlara istinad edərək Mirzə Balanın mətbu əsərlərinin (mə-qalə, oçerk, şeir, hekayə, xatirə və s.) sayının 2000-dən artıq olduğunu qeyd edir. Ədibin imzaları barədə isə yazır: "O, öz yazılarını Azerizade, M.M.B, Mehemmedzade Mirza Bala, Mirza Bala, M.B.Mehmetz?de, V.Nuhoğlu, M.B., Taşdemir, Ali Kutluk və s. imzalarla dərc etdirmişdir". Adı çəkilən kitabın "Qeydlər" hissəsində yuxarıda göstərilən "M.M.B" və "Ali Kutluk" imzaları istisna olmaqla,  M.B.Məhəmmədzadənin topluda verilən əsərlərinin hansı imza ilə, nə vaxt və harada dərc olunduğu barədə məlumat verilir. Yeri gəlmişkən qeyd edək ki, Mirzə Bala haqqındakı elmi-tədqiqat əsərləri içərisində Əfqan Vəliyevin "Azerbaycan siyasi düşünce tarihi ve Mirza Bala Mehmetzade" kitabı  (Azerbaycan Siyasi Düşünce Tarihive Mirza Bala Mehmetzade. İstanbul, Çetinmatbaaçılık, 2006, 398 s.) sanbalı və dolğunluğu ilə nəzəri çəkir. Burada müəllif Mirzə Balanın həyat yolunu izləyir, yaradıcılığı haqqında fikir və mülahizələrini, qənaətlərini bölüşür, istiqlal mücadiləsi tarixində yerini, rolunu dəyərləndirir, əlaqə saxladığı, əməkdaşlıq etdiyi mühacir və Türkiyə mətbu oqranları haqqında məlumat verir. Diqqətçəkən məqamlardan biri də odur ki, araşdırmaçı burada Mirzə Balanın imzalarından da, ətraflı olmasa da, bəhs edir. O yazır: "Mirzə Bala Məhəmmədzadə məqalələrində bu isim və ləqəblərii istifadə etmişdir: Mirza Bala, M.B.Mehmetzade", M.B.Nuhoğlu, V.Nuhoğlu, Daş demir", Ali Kutluk". Aydındır ki, burada Ə.Vəliyev "Ləqəb" anlayışı ilə bağlı yanlışlığa yol verib, hər halda "imza", yaxud "gizli imza" sözləri daha uyğundur. Bildiyimiz kimi, ləqəb bir şəxsin həyatının müxtəlif mərhələlərində ona başqaları tərəfindən verilən adlar olub, əsasən, onun müxtəlif xüsusiyyətlərini özündə əks etdirir. Bu kitabdan bəhs etmişkən, onu da qeyd etməyi lazım bilirik ki, Mirzə Balanın işıq üzü görən məqalələrinin sayı haqqında dövriyyədə müxtəlif rəqəmlər səsləndirilir, onun məqalələrinin sayının 2000 olduğunu da iddia edir. Ə.Vəliyev adı çəkilən əsərində Mirza Balanın "Azərbaycan", "Azərbaycan yurd bilgisi", "Odlu yurd", "Dərgi", "İslam Ensiklopediyası", "Qurtuluş", "Azər Türk", "Açıq söz", "Müsavat", "Millət andı", Birləşik Qafqasya" kimi nəşrlərdə "Mirza Bala", M.B.Mehmetzade", V.Nuhoğlu, Daş Dəmir" imzası ilə dərc etdirdiyi 327 məqaləsinin, işıq üzü görmüş 8 kitabının biblioqrafik göstəricisini verib. S.Şimşir yuxarıda adı çəkilən əsərində, publisistin müxtəlif nəşrlərdə dərc olunmuş 150 məqaləsinin biblioqrafik göstəricisini tərtib edib. 

Mirzə Bala mühacirət dövrü yaradıcılığının ilk dövrlərində daha çox gizli imzalardan istifadəyə üstünlük verirdi. Onun İrandan göndərdiyi və "Yeni Qafqasya" dərgisində dərc olunan məqalələri - "Rus əsarətində Türk Bakı" "M.M.B", "Vətənsizlik və milliyətsizlik", "M.Mirza", "İranda irticamı", "Millətin ruh və ümidi", "Mirza", "Köylərdə yeni inkişaf siyasəti", "İranda tərəqqi hərəkatı" "M.Mirza" gizli imzaları ilə dərc olunub. Səbəb məlumdur. İran hökuməti Sovet Azərbaycanından  qaçan mühacirlər üçün böyük və dəhşətli ölüm düşərgəsinə çevrilmişdi. Almas İldırımın, Məhəmməd Altunbayın və daha onlarla soydaşımızın İrandakı işgəncələrlə dolu ağır, məşəqqəli həyatı, mühacirlərin sonralar qələmə aldıqları bədii və publisistik əsərlərdə  öz əksini tapıb.

Mirzə Balanın mühacirətdəki ədəbi fəaliyyəti daha çox "Yeni Qafqasya" ilə bağlıdır. O, yuxarıda qeyd etdiyimiz kimi, hələ İranda ikən bu dərgi ilə əməkdaşlıq edir, jurnala məqalələr göndərirdi. İstedadlı publisist Türkiyədə məskunlaşdıqdan sonra "Yeni Qafqasya"nın ən fəal əməkdaşlarından birinə çevrilir. Professor Əli Yavuz Akpinarın fikrincə, o, məqalələrini dərgidə  "Mehemmədzade Mirza Bala", "Mehemmədzade Mirza", "M.M.B", "M.Mirza", "Taşdemir" imzaları ilə dərc etdirirdi. Nədənsə, tədqiqatçı "Mirza Bala" imzasını bu cərgədə qeyd etmir və "Yeni Qafqasya"nın tam mətnini nəşrə hazırlayanlar I cildin "Dizin" hissəsində də "Mirza" imzasının kimə mənsubluğu barədə mövqelərini bildirmir, tam əminliklə Məhəmməd Əli Rəsulzadəyə aid hesab etdiyimiz "Dəmirçioğlu" imzasının isə "Mirza Bala?" kimi yazaraq Mirzə Bala Məhəmmədzadəyə məxsusluğunu ehtimal edilir. Adı çəkilən cildlərin II hissəsində "Mirza", "M.M.B.", "M.Mirza", III hissəsində "M.B.", "M.M.B.", "Mirza", "M.Mirzəbala" imzaları qarşısında ya "?" işarəsi qoyulub, ya da "Yeni Qafqasya" yazarı" qeydi verilib. "Yeni Qafqasya"nın mətnini nəşrə hazırlayan müəlliflər "Taşdemir" imzasının da kimə mənsubluğu barədə fikir bildirmir və onu "Yeni Qafqasya" yazarı" kimi təqdim edirlər. Halbuki "həmin imzanın Mirzə Balaya aid olduğunu, yuxarıda göstərdiyimiz kimi, Əhməd Qaraca və ondan sonrakı müəlliflər də əminliklə vurğulayıb.

Məsələ burasındadır ki, mühacirlərin sonrakı mətbu orqanlarında da "Taşdemir" (latın əlifbası ilə çıxan nəşrlərdə "Daş Dəmir" (T.A.) imzasına rast gəlinir və biz onun da Mirzə Balaya aid olduğuna qətiyyən şübhə etmirik. Lakin məsələn, "Odlu yurd" dərgisinin əksər nömrələrində "Odlu yurd" idarəxanasından başlığı ilə, həm dərginin proqramı, həm də mühərrirləri haqqında bilgi verilir. Orada "M.B.Mehmetzade" ilə yanaşı, "Daş Dəmir" imzasının da dərginin mühərrirləri arasında adı çəkilir. Eyni zamanda Daş Dəmirin məqalələri bir qayda olaraq "Azərbaycan məktubları", yaxud "Azərbaycandan məktub" rubrikası ilə dərc olunur və məqalənin sonunda ünvan (Bakı) və tarix göstərilir. Əlbəttə, bunlar "Daş Dəmir" imzasının Mirzə Balaya aid olduğunu inkar etməyə əsas vermir. Əvvəla, redaksiyanın verdiyi məlumatda M.Ə.Rəsulzadənin adı ilə yanaşı, "Azəri" imzası da qeyd olunur. Amma Ceyhun Hacıbəylinin də Fransada həmin imzadan istifadə etdiyi məlum olsa da, mühacirətşünasların yekdil qənaətinə görə, "Odlu yurd"dakı "Azəri" imzası Məhəmməd Əminə aiddir. Mirzə Balanın silahdaşı Əhməd Qaraca da həmin imzanın M.B.Məhəmmədzadyə məxsus olduğunu yazıb. Deməli, bu gizli imza Mirzə Balaya sovet xəfiyyəsinin təqiblərindən yayınmaq üçün lazım imiş.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri