9 Noyabr Dövlət Bayrağı Günüdür
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Üçrəngli bayrağımız xalqımızın milli kimliyini, müstəqilliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən əsas rəmzlərdən biridir.
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır".
BAKU.WS xatırladır ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli dövlət bayrağını 1918-ci il noyabrın 9-da qəbul edib. Bayraqdakı mavi, qırmızı və yaşıl rənglər müvafiq olaraq türkçülük, müasirlik və islamçılıq ideyalarını ifadə edir. Bu üç prinsipin ideoloji əsaslandırılması görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin adı ilə bağlıdır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayraq dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqın yaddaşında yaşamağa davam edib.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Soveti bu bayrağı ölkənin dövlət bayrağı elan edib.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. Sonradan Əmək Məcəlləsinə edilən dəyişikliklə bu tarix qeyri-iş günü kimi müəyyənləşdirilib.
Dövlət bayrağımızın tarixi Azərbaycanın müstəqillik mübarizəsi və ərazi bütövlüyünün bərpası ilə də sıx bağlıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilərimizin azad edilməsi ilə üçrəngli bayrağımız Qarabağda yenidən dalğalanıb.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa, Ağdam, Kəlbəcər, Laçın və Xankəndidə bayrağımızın ucaldılması Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrilib.
Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır. O, həm müstəqilliyimizin, həm də Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsinin simvoludur.
Baxış sayı:112
Bu xəbər 09 Noyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















