90 dərəcə bükülən möcüzə: Zirvəsindəki buzu kondisionerə çevirən bina
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Memarlıq dünyası Sankt-Peterburq yaxınlığında yüksələn və "mühəndislik şah əsəri" kimi qəbul edilən yeni göydələni danışır. "Laxta Mərkəzi" (Lakhta Center) həm futuristik dizaynı, həm də dünyada bənzəri olmayan ekoloji soyutma sistemi ilə bütün diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, təxminən 1,7 milyard funt-sterlinqə başa gələn bu nəhəng qüllə, Avropanın ən hündür binası olmaqla yanaşı, həm də dünyanın ən şimalında yerləşən göydələn statusunu daşıyır. Binanın inşası zamanı dözümlülüyü təmin etmək üçün 49 saat ərzində fasiləsiz tökülən 20 min kubmetr beton, hətta dünyanın ən hündür binası olan "Bürc Xəlifə"nin rekordunu geridə qoyub.
Binanın ən xarakterik xüsusiyyəti onun bünövrəsindən zirvəsinə doğru tam 90 dərəcə burularaq yüksəlməsidir. Mütəxəssislər bildirirlər ki, bu burgu forması sadəcə vizual gözəllik üçün deyil; o, Baltik dənizinin dondurucu və şiddətli küləklərinin binaya göstərdiyi təzyiqi azaldır. Bu aerodinamik quruluş sayəsində 87 mərtəbəli bina ən sərt fırtınalarda belə sarsılmadan dayana bilir.
Şimal qütbünə yaxın yerləşdiyi üçün kəskin soyuqlarla mübarizə aparan binada ağlasığmaz bir təkrar emal sistemi qurulub. Binanın zirvəsində yığılan buzların aşağı düşərək təhlükə yaratmasının qarşısını almaq üçün xüsusi "buz tutucu" çərçivələr quraşdırılıb.
Burada toplanan buz kütlələri isə israf edilmir. Xüsusi texnologiya vasitəsilə həmin buzlar əridilir və binanın nəhəng mərkəzi havalandırma sisteminə ötürülür. Bu yolla təbii bir soyutma dövriyyəsi yaradılaraq, yay aylarında binanın sərinlədilməsi üçün elektrik enerjisindən asılılıq minimuma endirilir.
Binanın xarici şüşə səthi xüsusi günəş hüceyrələri ilə örtülüb. Beləliklə, bina özü-özünü elektrik enerjisi ilə təmin edə bilir.
16 min 500 şüşə panellə örtülən və nəhəng bir kristalı xatırladan bu tikili, mühəndislik və ekoloji innovasiyanın zirvəsi kimi gələcəyin şəhərsalma modelləri üçün nümunə hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Yanvar 2026 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















