Icma.az
close
up
RU
ELM ZİRVƏSİNDƏKİ ASƏF HACIYEVİN 75 Cİ YUBİLEY YAŞINA

ELM ZİRVƏSİNDƏKİ ASƏF HACIYEVİN 75 Cİ YUBİLEY YAŞINA

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu il Azərbaycanın Dövlət mükafatına layiq görülən dəyərli riyaziyyatçı alim Asəf Hacıyevin uğuru yalnız bir dost kimi deyil, həm də elmi biliklərin təbliğini önəmli sayan bir vətəndaş kimi məni xeyli sevindirdi. Bu cür uğurlar böyük zəhmətin və intellektual yetkinliyin nəticəsi olaraq görülməlidir.
Keçmiş millət vəkili olan akademik Asəf Hacıyev bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında baş katib olaraq diplomatik missiya yerinə yetirməklə yanaşı elmi çalışmalarını uğurla davam etdirməkdədir. Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1979-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət universitetində namizədlik dissertasiyasına (riyaziyyat üzrə fəlsəfə doktoru) və 1993-cü ildə N. Bauman adına Moskva Dövlət Texniki universitetində elmlər doktoru dissertasiyalarını uğurla medafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Aparıcı elmi nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. İngilis, rus və türk dillərində sərbəst danışır. Ümumdünya elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolıstan Milli elmlər Akademiyasının üzvü və Chenqdu (Çin) universitetinin Fəxri professorudur. 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolunun mükafatına layiq görülmüşdür. 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir.
1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunda çalışır, 1996-cı ildən şöbə müdiri vəzifəsində çalışır. Dünyanın tanınmış elmi mərkəzlərinin dəvəti ilə (ABŞ – Berkli, C. Vaşington, Cənubi Kalifornia, Linkoln universitetləri), İsveç (Kral Texnologiya İnstitutu, Stokholm, Çalmers universitetləri), Almaniya (Münhen, Humbolt universitetləri), Portuqaliya (Lisbon, Nova universitetləri), Çin (Çenqdu, Hong-Kong City universitetləri) Türkiyə (Boğaziçi, Ortadoğu, Koç universitetləri) orada mühazirələr və elmi araşdırmalar aparmışdır. 2001–2015 — illərdə Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri olmuşdur, 2019-cu ildən Bakı dövlət universitetinin himayəçilər şurasının üzvüdür.
Bu gün Süni İntellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Süni intellekt müxtəlif sahələrdə, tibb, biologiya, mühəndislik, psixologiya və s. sahələrdə geniş istifadə edilir.
Süni intellektin əsasını verilənlərin statistik analizi və bu analizin əsasında qəbul olunan qərarlar təşkil edir. Verilənlərin analizi nə qədər dəqiq aparılarsa o qədər nəticələr, yani qəbul olunan qərarlar dəqiq olur. Verilənlərin statistika analizində reqressiya analizi xüsusi yer tutur. Reqressiya termini ingilis alimi Francis Galton tərəfindən 19-cu əsrin sonunda elmə daxil edilsədə bu istiqamətin əsaslarını iki dahi alim – alman Fridrix Qauss və fransız Anri Lejandr tərəfindən 19-cu əsrin əvvəlıərində qoyulub.
Reqressiya analizində və ümumiyyətcə verilənlərin statistik analizi məsələlərində əsas və ən mürəkkəb problem ondan ibarətdir ki, müxtəlif sahələrdən alınan verilənlər fərqlidir, və hətta eyni sahədən gələn verilənlərin də strukturları fərqli olur. Bu gün bunları analiz etmək üçün universal bir yanaşma mövcud deyil.
“Çox ölçülü reqressiya analizi və süni intellekt” kitabında (müəlliflər Asəf Haciyev və Çindən olan tanınmış professor Jiuping Xu) nəhayət belə universal metodlar təklif olunur və alimlərin dediklərinə görə elmi baxımdan bu bir sıçrayışdır. Bu kitabda təklif olunan yanaşmalar əsasında bu günə qədər həlli müxtəlif problemlərlə rastlaşan məsələləri həll etməyə imkan verir.
Kitab tanınmış elmi nəşriyyat tərəfindən (Şpringer) nəşr olunub. Şpringer nəşriyatında çap olunan hər bir əsər dünyanın aparıcı alimləri tərəfindən ciddi ekspertizadan keçir və sonra çap olunur. Kitabın əsasını müəlliflərin dünyanın aparıcı elmi nəşrlərində çap olunmuş 100-ə yaxın əsərləri və dünyanın tanınmış elmi konfrans və konqreslərində edilmiş çıxışlar təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, Asəf Haciyev Şpringer nəşriyyatında çap olunmuş 20 elmi əsərin baş redaktoru olubdur və 2 dəfə tanınmış Beynəlxalq Konfransda (İnternational Conference Managemnet Science and Engineering Management) Grand Prize mükafatına layiq görülüb.
Ömrünün 75-ci yubiley yaşını qeyd edən Asəf müəllim həm də mənimlə illərdir futbol və basketbol komandasında vaxtaşırı meydançaya çıxır. Asəf müəllim eyni zamanda yüksək səviyyəli stolüstü tennis ustası və üzgüçüdür. Yəni intellekti hər sahəni əhatə edir. Dəyərli dostumu həm yubiley yaşı, həm də Dövlət mükafatı laueratı adını alması münasibəti ilə təbrik edir, can sağlığı, davamlı aktiv idman həyatı, elmi və diplomatik çalışmalarında yeni uğurlar diləyirəm.
Fazil MUSTAFA,
Milli Məclisin komitə sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 May 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri