90 milyonluq ulduz “Atletiko”dan gedir? Baş məşqçi açıqladı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Avropanın nəhəng klublarının argentinalı hücumçu Xulian Alvareslə ciddi şəkildə maraqlandığını təsdiqləyib.
“Qafqazinfo” “Sky Sports”a istinadən xəbər verir ki, mütəxəssis ulduz futbolçunun transfer gündəmində olmasını normal qarşılayıb.
Simeone xüsusilə “Barselona”nın polşalı hücumçu Robert Levandovskini məhz Alvareslə əvəzləmək planları barədə yayılan xəbərlərə münasibət bildirib:
“Mən Xulian Alvaresin fikirlərini oxuya bilmərəm, ona görə də onun “Arsenal”la mümkün əlaqələri barədə nə isə deyə bilmərəm. Lakin Alvares kimi müstəsna bir futbolçunun “Arsenal”, PSJ və ya “Barselona”ya lazım olması tamamilə qanunauyğundur. Bu normaldır, çünki o, çox güclü oyunçudur”.
Qeyd edək ki, “Mançester Siti”dən 90 milyon avro qarşılığında transfer olunan Alvares “Atletiko” forması ilə çıxdığı 104 oyunda 48 qol vuraraq komandanın əsas simalarından birinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 May 2026 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















