Makron etiraf etdi
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron etiraf edib ki, hakimiyyət orqanları oktyabrın 17-də ölkəni bürüyən etirazlara hazır deyildi. O, Marselə səfəri zamanı bildirib ki, həmin gün şəhərdə və ölkənin digər yaşayış məntəqələrində hüquq-mühafizə orqanlarının əməkdaşları kifayət qədər olmayıb.
Makronun sözlərinə görə, hakimiyyət hadisələrin bu cür inkişaf edəcəyini heç gözləməyib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada sentyabrın ortalarından başlayan etiraz aksiyaları silsiləsi çərçivəsində ən böyük ümummilli nümayiş keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər küçələrə çıxıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlı maşınlardan istifadə ediblər.
Etiraz hərəkatı sentyabrın ortalarında başlayıb. Həmin vaxt Parisin ətraf ərazilərində məktəblərin vəziyyətinin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdləri küçələrə çıxıblar. Daha sonra onlara qiymət artımından narazı olan insanlar qoşulub və aksiyalar ölkənin digər bölgələrinə də yayılıb.
///modern.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 27 Oktyabr 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















