“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Qızıl top” (“Ballon d'Or”) mükafatının rəsmi saytı səhvən 2026-cı ilin qalibinin yer aldığı bir paylaşım yerləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məşhur insayder və jurnalist Ben Ceykobs “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Sayt eyni vaxtda üç “qalib” haqqında xəbərlər yayıb: Harri Keyn (“Bavariya”), Lamin Yamal (“Barselona”) və Kilian Mbappe (“Real”).
Sözügedən paylaşımların tezliklə silinməsinə baxmayaraq, hadisə sosial şəbəkələrdə böyük əks-sədaya səbəb olub.
Qeyd edək ki, 70 illik yubiley mərasimi oktyabrın 26-da Londonda, Palladium Teatrında keçiriləcək və bu, ilk dəfə Fransadan kənarda keçiriləcək tədbir olacaq. Məkan kimi İngiltərə paytaxtının seçilməsi “Qızıl top”un ilk qalibinin 1956-cı ildə mükafatı qazanan ingilis futbolçu Stenli Mettyusun olması ilə bağlıdır. Mərasimin əsas hissəsi Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:“Qızıl top” mükafatının nəticələri AÇIQLANDI
09 Noyabr 2024 16:42
Qızıl top mükafatının favoriti müəyyənləşib
22 Yanvar 2026 16:36
“Qızıl top“ mükafatının qalibi müəyyənləşdi
27 Oktyabr 2026 08:23
Qızıl top mükafatının sahibi bəlli olub YENİLƏNİB
23 Sentyabr 2025 00:50
Qızıl top mükafatının yeni sahibi kim olacaq?
26 Fevral 2025 13:18
Baxış sayı:340
Bu xəbər 26 Oktyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















