Dibi tutmuş tavanı belə təmizləyin Saatlarla sürtməyə ehtiyac yoxdur
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Mətbəxdə tez-tez istifadə olunan tavaların dibindəki yanmış qalıqlar təmizliyi çətinləşdirə və sərt tellər tava səthinə zərər verə bilər.
Milli.Az tava növünə görə tətbiq oluna bilən üsulları təqdim edir:
Paslanmaz polad tavalar: Tavanın dibini tutacaq qədər su əlavə edin, üzərinə 1 yemək qaşığı soda qatıb təxminən 5 dəqiqə yüngülcə qaynadın. Qarışım ilıqlaşandan sonra yumşalan qalıqları taxta və ya silikon spatulayla çıxarıb yumşaq süngərlə yuyun.
Yapışmaz (Teflon) tavalar: Teflon məhsullarda metal spatula və ya sərt tellərdən istifadə etmək səthin cızılmasına yol açır. Bu tavaları ılıq su və qab yuyucu vasitə ilə bir müddət gözlətdikdən sonra yumşaq süngərlə təmizləyin.
Çuqun tavalar: Uzun müddət suda saxlamaq və sərt üsullar tətbiq etmək qoruyucu təbəqəyə zərər verə bilər. Qalıqlar az miqdarda isti su və uyğun fırçayla təmizlənməli, yuyulduqdan sonra tamamilə qurudulmalıdır. Lazım gələrsə, səthə incə bir təbəqə yemək yağı çəkilə bilər.
Tavanın dibinin tutmasının qarşısını almaq üçün:
Tomatlı, südlü və nişastalı reseptlərdə yüksək oddan çəkinin, bişirərkən yeməyi arada qarışdırın və boş tavanı uzun müddət yüksək odda saxlamayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:82
Bu xəbər 17 Noyabr 2026 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















