Icma.az
close
up
RU
907 ci düzəliş ləğv olunur? AÇIQLAMA

907 ci düzəliş ləğv olunur? AÇIQLAMA

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ-də Donald Trampın ikinci dəfə Prezident seçilməsindən sonra onun administrasiyası Cənubi Qafqaz siyasətində daha praqmatik və milli maraqlara əsaslanan xətt götürüb”.

Bu sözləri politoloq Züriyə Qarayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başladığı açıq şəkildə özünü göstərir:

“Enerji təhlükəsizliyi, regional tranzit layihələri və antiterror əməkdaşlığı kimi sahələrdə Bakı Vaşinqtonun strateji tərəfdaşına çevrilib. Bu kontekstdə 907-ci düzəliş artıq ABŞ-nin real maraqları ilə uzlaşmayan, “soyuq müharibə” dövründən miras qalmış və spesifik lobbi maraqlarına xidmət edən bir hüquqi baryer kimi qiymətləndirilir”.

Ekspert qeyd edib ki, Tramp administrasiyası əvvəlki dövrlərdə olduğu kimi, bu düzəlişin tətbiqini dayandırmaq üçün Prezident ona verilən səlahiyyətdən istifadə etməklə kifayətlənmir, artıq onun tam ləğvini gündəmə gətirə bilər:

“Əgər Konqresin Respublikaçılar tərəfindən nəzarətdə olduğu və Trampın siyasi nüfuzunun güclü qaldığı bir şəraitdən danışırıqsa, bu halda 907-ci düzəlişin tam ləğv olunması üçün real siyasi iradə formalaşa bilər.

Trampın “Amerika maraqları hər şeydən öndədir” yanaşmasının Azərbaycanla daha sıx enerji və təhlükəsizlik əməkdaşlığının qarşısında bu kimi ideoloji və lobbi mənşəli maneələrin qaldırılmasına təşviq etməsi mümkündür”.

Züriyə Qarayeva diqqətə çatdırıb ki, 907-ci düzəlişin tam ləğvi üçün hələ də Konqresdə səs çoxluğu lazımdır:

“Ancaq bəzi dairələr xüsusilə erməni diaspor təşkilatları bu istiqamətdə müqavimət göstərəcək. Buna baxmayaraq, Trampın şəxsi nüfuzu və administrasiyasının geosiyasi üstünlükləri əsas götürməsi bu dəfə 907-ci düzəlişin yalnız dayandırılması ilə deyil, tamamilə ləğv edilməsi ilə nəticələnə biləcək bir dönüş nöqtəsinə gətirib çıxara bilər.

Hesab edirəm ki, Donald Trampın ikinci dönəmində ABŞ-Azərbaycan münasibətlərinin real tərəfdaşlığa çevrilməsi fonunda 907-ci düzəlişin hüquqi ömrünün qısalması realdır. Bu, yalnız Bakı üçün deyil, bütövlükdə region üçün də yeni strateji imkanlar demək olacaq”.

Xatırladaq ki, “907-ci düzəliş” 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. 

Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirib. Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul edib. Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğvinə qarşı çıxıb

Elmir Mustafa
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see594

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see338

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see331

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see291

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see273

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see263

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see261

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see257

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see249

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see249

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see239

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see231

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see216

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see201

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see178

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see177

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see176

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see176

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see174

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri