Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Doğrudanmı, 907 ci düzəliş ləğv olunacaq?

Doğrudanmı, 907 ci düzəliş ləğv olunacaq?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Prezidenti İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziualara verdiyi müsahibə hələ də ictimai-siyasi gündəmin əsas mövzularından biri olaraq qalır.

Müsahibədə toxunulan məsələlərdəm biri də 1992-ci ildə ABŞ Konqresində "Azadlığı müdafiə aktı" na 907-ci düzəlişlə bağlıdır.

Tarixindən də göründüyü kimi, bu düzəliş 1992-ci ilin payızında qəbul edilib və ABŞ-ın Azərbaycana yardımının dayandırılmasını nəzərdə tuturdu.

Prezident İlham Əliyev həmin düzəlişi Azərbaycana qarşı "çox böyük ədalətsizlik" adlandırıb.

Bu, həqiqətən də belədir.

Əvvəlcə bu suala cavab verək: "Azadlığı müdafiə aktı" nədir və nə məqsəd daşıyırdı?

Bu akt Sovet İttifaqının 1991-ci ildə dağılmasından sonra keçmiş Sovet məkanında yaranmış müstəqil dövlətlərə ABŞ-ın hərtərəfli yardım göstərməsini nəzərdə tuturdu. Məqsəd yeni yaranmış - Rusiyadan ayrılmış dövlətlərin ayaqda durması, möhkəmlənməsi üçün dövlət yardımının göstərilməsini nəzərdə tuturdu. Həmin yeni müstəqil dövlətlərdən biri də Azərbaycan idi. Təsəvvür edin, keçmiş Sovet İttifaqının varisi olan Rusiya da daxil olmaqla əksər possovet ölkələr bu proqrama daxil efilmişdi. Rusiya ilə yanaşı Ukrayna, Belorus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Ermənistan, Gürcüstan, və Moldova bu akt sayəsində ABŞ-dan dövlət yardımı almaq hüququ qazandı. Baltik reslublikaları bura daxil deyildi, onlar "qanunsuz işğal edilmiş" sayılaraq başqa, daha üstün proqramlara daxil edildi,daha çox yardım aldı. Ancaq Azərbaycan ABŞ-ın dövlət yardımından mıhrum edildi. Qanun Azərbaycana yalnız humanitar yardım göstərilməsinə icazə verirdi. 1992-2025-ci illər ərzində Ermənistan "Azadlığı müdafiə aktı" üzrə ABŞ-dan 3 milyard dollar yardım alıb. Bu yardımların böyük hissəsi 2018-ci ilə qədər, yəni Ermənistan Rusiyanınn forpostu olduğu, Moskvaya bağlı şəxslərin rəhbərliyi altında olduğu dövrdə edilib. ABŞ Ermənistana bu yardımı etdiyi illərdə Ermənistan Rusiya ilə siyasi, hərbi müttəfiqliyini artırıb, iqisadiyyatını Rusiyanın idarəçiliyinə daha çox verib. Başqa sözlə, Ermənistan müstəqilliyini möhkəmləndirmək adı ilə Amerikadan yardım alıb, əvəzində isə Rusiyaya daha çox bağlanırdı. Azərbaycan isə öz müstəqilliyini öz gücünə möhkəmləndirərək, daha müstəqil xarici siyasət aparsa da, ABŞ yardımından məhrum edilmişdi.

Prezidentin Azərbaycana qarşı çox böyük ədalətsizlik edildiyini deməsinin birinci səbəbi budur. İkinci səbəbə gəlincə, əvvəlcə həmin 90-ci düzəlişin A bəndinə (mətnə) diqqət yetirək. Həmin bənd belədir:

"Bölmə 907. — Azərbaycanla bağlı Yardımın Məhdudlaşdırılması (RESTRICTION ON ASSISTANCE TO AZERBAIJAN)

(A) Məhdudiyyətlər —

Bu və ya digər hər hansı bir Akt çərçivəsində ABŞ-ın Azərbaycan Hökumətinə yardım göstərilməsinə (bu Aktın yalnız V başlığı altında nəzərdə tutulmuş yardım istisna olmaqla) icazə verilə bilməz, — Prezident müəyyən edib Konqresə bildirməyincə ki, Azərbaycan Hökuməti Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaları və digər hücum xarakterli hərbi güc tətbiqlərini dayandırmaq üçün əhəmiyyətli addımlar atır".

Düzəlişin mətnindən göründüyü kimi, ABŞ Konqresi Ermənistanın Azərbaycana deyil, Azərbaycanın Ermənistana hücum etdiyini gerçəklik olaraq qəbul edirdi. Hərçənd ABŞ Konqresinin üzvləri Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın Ekspedisiya Korpusunun - qoşunlarının Azərbaycan ərazisinə daxil olduğunu, döyüşlərin Azərbaycanın ərazisində getdiyini çox yaxşı bilirdilər. Bu halda "Ermənistana hücum" ifadəsini qanuna yazaraq, Azərbaycanı aqressor kimi göstərərək, görünməmiş ədalətsizliyə yol vermişdilər. Göründüyü kimi, ortada bir cinayət var- cinayəti törədən (Ermənistan), cinayətdən zərərkəkən (Azərbaycan) olduğu halda ABŞ Konqresi 907-ci düzəliş vasitəsilə təqsirkarı deyil, zərərçəkəni günahlandırıb. Bu, doğrudan da, Prezidentin dediyi kimi, çox böyük ədalətsizlikdir. Bu, ona bənzəyərdi ki, sanki bu gün Rusiya -Ukrayna müharibəsində ABŞ işğalçı tərəf olan Rusiyaya deyil, işğala məruz qalan Ukraynaya sanksiya tətbiq edib.

Görürsünüzmü, 907-ci düzəliş nə qədər dəhşətli bir absurd qərardır.

Azərbaycan Prezidentinin bu düzəlişi "çox böyük ədalətsizlik" adlandırmasının daha bir səbəbi sənəddə Azərbaycanın "Dağlıq Qarabağa hücum" etməkdə günahlandırılması idi. Halbuki Qarabağ Azərbaycanın öz ərazisidir, 1992-ci ilin yay-payız aylarında da Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar Ermənistan qoşunlarını Azərbaycan ərazisindən vurub çıxarmaq, Qarabağdakı separatçı oyuncaq rejimin dağıdılması - ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması məqsədlərini daşıyırdı. ABŞ Konqresi isə o zamankı senatorlar Co Bayden, Con Kerri və başqa ermənipərəst konqresmenlərin canfəşanlığı - erməni lobbisinin təsiri ilə belə bir misli görünməmiş haqsızlığa imza ataraq, Azərbaycan-ABŞ münasibətlərinə çox böyük bir maneə yaratmışlar.

ABŞ Konqresmenləri əsl həqiqəti - əslində Ermənistanın işğalçı olduğunu bilmirdilərmi?! Qarabağda erməni separatçılarının Azərbaycana qarşı hərəkətlərindən xəbırsizmi idilər? Ermənistanın o zaman hələ Türkiyə ilə, eləcə də, Gürcüstanla və İranla sərhədlərinin açıq olduğunu - heç bir blokadanın olmadığını görmürdülərmi?! Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında nəqliyyat bağlantılarını kəsdiyi haqda məkumatsızmı idilər?! Azərbaycan hökuməti bu haqda onları bilgiləndirməmişdimi?!

Əslində hər şeyi görürdülər, bilirdilər, Azərbaycan tərəfi də ABŞ rəsmi orqanlarını, müvafiq vəzifəli şəxslərini tam və dəqiq məlumatlandırmışdılar. O zaman Azərbaycanın ABŞ-da səfirliyi yenicə yaradılmışdı, hələ tam formalaşnamışdı. Ancaq buna baxmayaraq, məhdud imkanlarla da olsa, müəyyən işlər görürdülər. ABŞ-a ilk səfir (hazırda xarici işlər nazirinin müavini və ADA Universitetinin rektoru professor Hafiz Paşayev) yalnız noyabrda göndərilə bildi. Səfirin işə başlaması isə, bildiyimiz kimi, təkcə təyin edən tərəfdən deyil, həm də qəbul edən tərəfdən asılıdır. O zaman ABŞ-dakı erməni lobbisi Hafiz Paşayev kimi kifayət qədər nüfuzlu və fəal bir şəxsin səfir kimi işə başlamasında da maraqlı deyildi və bu işə də mane olmağa çalışırdı. Ancaq ordakı Azərbaycan diplomatları, eləcə də Türkiyə, Pakistan kimi ölkələrin təmsilçiləri ABŞ Konqresindəki proseslərdən məlumatlı idi, bu haqda bir-birini məlumatlandırırdı. Eyni zamanda Azərbaycanın mövqeyi və mesajları Amerikanın rəsmi məqamlarına çatdırılır, ölkənin maraqları təmsil və müdafiə edirlirdi. Eləcə də, o zaman Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov keçmiş baş nazir kimi təcrübəli dövlət adamı idi, sonralar Prezident Heydər Əliyev dövründə xarici işlər naziri vəzifəsində də işlədi. Bu şəxslər və onların vasitəsilə Azərbaycan hökuməti Konqresdə gedən prosesləri izləyir və qarşısını almaq üçün iş də aparmışdılar. Sadəcə olaraq, ABŞ-da erməni lobbisi çox güclü idi; 907-ci düzəlişə mane olmaq mümkün deyildi. Eyni zamanda ABŞ Konqresində və Administrasiyada Azərbaycanın güclənməsində maraqlı olmayan başqa qruplar da var idi. Elə yunan diasporası, yunan lobbisi də bu işdə maraqlı olmuşdu. Başqa Amerika siyasətçiləri də. Onlar Azərbaycanın güclənməsinin Türkiyənin xeyrinə olacağını bilirdilər və Türkiyənin Qafqazda möhkəmlənməsini, sonradan Mərkəzi Asiyada da öz təsirini artırmasını - bugünkü Türk birliyinin yaranmasını istəmirdilər. Ona görə belə bir açıq-aşkar ədalətsiz qərar verdilər. Əks halda sual yaranır: tutaq ki, 1992-ci ildə Azərbaycan hökuməti ABŞ-a real vəziyyəti çatdıra bilməmişdi, bəs sonrakı illərdə də bu iş görülməmişdimi?! Görülmüşdü. Sadəcə, antiAzərbaycan, antiTürkiyə mövqedə olan siyasi qüvvələr ABŞ hakimiyyətində hələ də güclü idilər, hətta zamanla da gücləndilər. Azərbaycan Prezidentinin də dediyi kimi, 907-ci düzəlişin əsas lobbistlərindən biri olan Cozef Bayden sonralar vitse-prezident, hətta prezident oldu. Azərbaycanın, eləcə də, qardaş Türkiyənin əleyhinə olan qərarları nəinki ləğv etdi və ya yumşaltdı, əksinə bu məqsədlə yeni məhdudlaşdırıcı addımlar atdı.

Hazırda isə 907-ci düzəlişin qəbul edilməsi üçün gətirilmiş hətta uydurma olan "arqumentlər" də yoxdur. Nə onda, nə indi Ermənistana hücum edilməyib, edilmir. Nə onda, nə də indi Ermənistan blokadaya alınmayıb. "Dağlıq Qarabağ" deyə bir anlayışın özü də artıq yoxdur. Azərbaycan 2020-ci ildəki tarixi qələbəsi ilə və 2023-cü ildəki antiterror əməliyyatı ilə bu cür spekulyativ məsələlərə də son qoydu. Əgər bu ilin avqustunda Ağ Evdə Prezident Donald Trampın da şahidliyi ilə, bu şahidliyi təsdiqləyən imzası ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmış layihəsi haqda bəyannamə imzalanıbsa, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyasının - "Zəngəzur dəhlizi"nin və ya "Tramp yolu"nun açılmasına dair sənəd imzalanıbsa, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşığa dair niyyət rəsmən bəyan olunubsa, Strateji Tərəfdaşlıq Xartiyası üzərində iş gedirsə, o zaman hansı blokadadan, hansı hücumdan söhbət gedir?! 907-ci düzəlişin hansı məntiqi var?! Azərbaycana ABŞ investisiyalarının gəlişi ətrafında müzakirə aparılırsa, 907-ci düzəliş niyə qalmalıdır?! Məlum olduğu kimi, bu düzəliş qəbul ediləndə Konqresin hər iki palatasında - həm Senatda, həm Nümayəndələr Palatasında Demokratlar Partiyası, yəni indiki Prezidentin siyasi rəqibləri çoxluqda olub. Sonrakı dövrdə də 907-ci düzəlişin dayandırılması haqqında da indiki prezidentin sələfi Cozef Bayden qərar verib. Beləliklə, həm 1992-ci ildə senator olanda, həm 2009-cu ilin yanvarın 20-dən 2017-ci ilin yanvarın 20-dək vitse-prezident olanda, həm də 2021-ci ilin yanvarın 20-də 2025-ci ilin yanvarın 20-dək prezident vəzifəsində işləyəndə ABŞ-ın Azərbaycanla münasibətlərinə ən böyük əngəli Cozef Bayden yaradıb. Prezident Tramp da seçkidə qalib gələrək ABŞ siyasətinin qarşısındakı əngəli - Cozef Baydeni aradan qaldıra bilibsə, 907-ci düzəlişi aradan qaldırmaq bunun yanında nədir ki?! Prezident Tramp Demokratları daim tənqid edir, xüsusilə də, Co Baydeni. Rəqiblərinin ona, yəni Prezident Trampa ağır miras qoyub getdiklərini deyir və həmin o miras qalmış problemləri bir-bir həll edir, aradan qaldırır. 907-ci düzəliş də rəqiblərin Prezident Trampa miras qoyub getdikləri həmin o problemlərdən biridir. Azərbaycan dövlət başçısı da, bax, bu səbəblərdən inanır ki, Ağ Evin indiki sahibi bu düzəlişin ümumiyyətlə ləğv edilməsinə Konqresmenləri inandıra biləcək. Çünki inandıra bilər.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see395

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see311

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see263

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see235

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see234

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see229

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see227

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see226

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see223

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see220

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see218

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see207

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see207

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see202

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see195

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see178

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see177

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri