Icma.az
close
up
RU
907 ci düzəliş “qapalı çevrəyə” düşüb AÇIQLAMA

907 ci düzəliş “qapalı çevrəyə” düşüb AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azad etmə müddətinin daha bir il uzadılması barədə Konqresə bildiriş göndərib.

Xatırladaq ki, ötən il, avqustun 8-də Ağ Evdə keçirilən sülh sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp "907-ci düzəliş"in Azərbaycanla bağlı tətbiqinin dayandırılması barədə sənəd imzalayıb. Prezident İlham Əliyev həmin imzalanma mərasimində iştirak edib. Bu il iyunun 1-də isə Prezident İlham Əliyev "907-ci düzəliş"in tətbiqinin dayandırılması müddətinin uzadılması ilə bağlı sənədin imzalanmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirib.

Azərbaycanla ABŞ arasında münasibətlər son illərdə çox böyük sürətlə inkişaf edir və iki ölkə arasında strateji əməkdaşlıq genişlənir. Buna baxmayaraq, Azərbaycan keçmiş Sovet respublikaları arasında ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "907-ci düzəliş"lə bağlı məhdudiyyətlə üzləşən ölkə olaraq qalır.

Hazırda Azərbaycanla ABŞ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda "907-ci düzəliş"in hələ də tam ləğv edilməməsi sual doğurur.

“Cebheinfo.az”-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu məsələ illərdir gündəmdədir: 

O qeyd edib ki, "907-ci düzəliş"in qəbulunun hüquqi və siyasi əsası yox idi:

“"907-ci düzəliş"lə bağlı Azərbaycan və ABŞ arasında illərdir müzakirələr aparılır. Demək olar ki, hər yeni prezident hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması çərçivəsində bu məsələ yenidən gündəmə gətirilir. Lakin indiyədək onun tam ləğvi ilə bağlı nəticə əldə olunmayıb.

Donald Trampın prezidentliyi dövründə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq istiqamətində mühüm təşəbbüslər irəli sürülmüşdü. Tramp Prezident İlham Əliyevə simpatiyasını dəfələrlə açıq şəkildə ifadə edir, onu regionun aparıcı liderlərindən biri kimi qiymətləndirir, əsas məsələləri onunla müzakirə edir. O, həmçinin "907-ci düzəliş"in aradan qaldırılmasının vacibliyini də bəyan etmişdi.

Buna baxmayaraq, "907-ci düzəliş" sanki qapalı bir çevrəyə düşüb. Hər kəs bilir ki, o dövrdə bu sənəd yanlış olaraq qəbul edilmişdi. Bu sənəd qəbul edilərkən irəli sürülən əsaslandırma məntiqsiz idi. 1992-ci ildə Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunmuş, Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarətinə keçmiş, Şuşa və Laçın işğal edilmişdi. Belə bir şəraitdə Azərbaycanın guya Ermənistanı blokadada saxlaması iddiası əsasında bu düzəlişin qəbul edilməsi ciddi ziddiyyət təşkil edirdi. Bu sadəcə olaraq, Azərbaycana təzyiq forması idi. Ondan sonra 2001-ci ildən onu hər il ləvğ etməyə başladılar. Amma nə üçünsə heç bir prezident özündə cəsarət tapmırdı ki, tam ləğvi ilə bağlı məsələni qoysun”.

Akif Nağı vurğulayıb ki, bu sənəd Azərbaycana qarşı siyasi təzyiq vasitəsi idi:

“Donald Tramp da "907-ci düzəliş"lə bağlı mövqeyini açıqlayıb. Lakin hələlik heç bir real nəticə yoxdur. Məsələ əsasən Konqresin üzərinə yönəldilir və bildirilir ki, düzəlişin tam ləğvi üçün Konqresin razılığı vacibdir. Təbii ki, əgər istəsələr Konqresdə lazımi səs çoxluğunu təmin etməklə bu qərarın qəbuluna nail olmaq mümkündür. Görünür Tramp özü də "907-ci düzəliş"i tam ləğv etməkdə çox maraqlı deyil. Müşahidələrimiz göstərir ki, onu Azərbaycan üzərində siyasi təzyiq aləti kimi saxlamağa çalışırlar”.

Partiya sədri əlavə edib ki, bu mövzu ətrafında ermənipərəst konqresmen və senatorlar, eləcə də erməni təşkilatları ciddi təzyiq göstərərək prosesə mane olurlar:

“Hazırda Donald Tramp da bu məsələnin üzərinə qətiyyətlə getmir. Əgər ciddi şəkildə bu məsələnin üstünə getsə, Konqresi inandıracaq arqumentlər tapa və məhdudiyyətin aradan qaldırılmasına nail ola bilər. Görünür, hələlik bu məhdudiyyətin qalması onlara sərf edir.  Azərbaycan isə səylərini dayandırmamalı, "907-ci düzəliş"in tam ləğvi istiqamətində fəaliyyətini davam etdirməlidir. Bu məhdudiyyətin praktik baxımdan ölkəmiz üçün ciddi əhəmiyyəti yoxdur və demək olar ki, mənasız bir sənədə çevrilib. Ancaq onun Azərbaycan üçün psixoloji və mənəvi təsiri hələ də qalmaqdadır. Azərbaycan üçün bu məhdudiyyət niyə olsun ki?

Prezident Tramp dövründə dünyanın bir çox ölkələrinə qarşı sanksiyalar tətbiq olunsa da, sanksiyalardan kənarda qalan azsaylı ölkələrdən biri Azərbaycan olub. Bu da ABŞ rəhbərliyinin Azərbaycana xüsusi münasibətinin göstəricisidir. Hesab edirəm ki, müəyyən müddətdən sonra Azərbaycan bu məsələnin də həllinə nail olacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri