Icma.az
close
up
RU
907 ci düzəlişin haqsızlığı barədə Saleh Məmmədov yazır

907 ci düzəlişin haqsızlığı barədə Saleh Məmmədov yazır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Saleh Məmmədov,

Sabiq maliyyə naziri, Professor (Anti-907 hərəkatının rəhbəri)

***

Başı bəlalı 907-ci düzəlişin statusu və ABŞ qanunlarına görə onun ləğvi mexanizmi barədə geniş məlumat vermək istəyirəm.

8 avqust 2025-ci il ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtonda keçirilən üçtərəfli görüşü zamanı 907-ci düzəlişlə bağlı mühüm hadisə baş verib. Yəni bu düzəliş Prezident İlham Əliyevin haqlı xahişi ilə Prezident D. Trump tərəfindən bu maliyyə ili üçün dayandırılıb. Vaxtı ilə bu düzəlişin (olduqca haqsız bir qərarın, ABŞ tarixində parlamentin qəbul etdiyi ən haqsız qərar kimi qiymətləndirilir) aradan qaldırılması üzrə Anti-907 hərəkatına rəhbərlik etmişəm. Bu hərəkatın arqumentləri qarşısında ABŞ bürokratiyası hər hansı əks arqument tapa bilmədi. Yalnız hərəkatın əsas üzvlərinin vizaları ləğv olundu (o cümlədən şəxsən mənim), Cinayəti törədən Rus-erməni qruplaşması, bir milyon əhalini yerindən yurdundan didərgin salan, əmlakını darmadağın edən, oğurlayan, 10 minlərlə Azərbaycan əhalisini qanına qaltan edən - bu bandit-terrorist qruplarının başı sığallanır, Azərbaycan üçün isə 907-ci düzəliş tətbiq olunur.

Əlbəttə, 907-ci düzəlişin bu maliyyə ili üçün müvəqqəti dayandırılması da böyük uğurdur, buna görə ABŞ prezidentinə təşəkkür edirəm, Azərbaycan Prezidentini bu uğurla təbrik edirəm. Amma, Azərbaycan ictimaiyyəti bu əsrin və ABŞ kimi demokratik bir ölkənin üzqaralığı bir düzəlişin axırına çıxmalıdır. İndi əsas səbəbkarın (Rusiya kimi bəşəriyyət düşməni) məlum olduğu şəraitdə bunu isbat etmək çox daha asandır.

907-ci düzəliş ləğv edildi, yoxsa sadəcə dayandırıldı?

Mövcud məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp "Freedom Support Act" qanununun 907-ci maddəsinin tətbiqini dayandıran sənədi imzalayıb. Bu, Azərbaycanda bəzi yerli KİV-lərdə "ləğv edildi" kimi xəbər verilsə də, dəqiq status dayandırılmadır (waived).

Dayandırılma (Waiver): 907-ci düzəliş 2001-ci ildən bəri hər il ABŞ prezidentləri tərəfindən dayandırılırdı. Bu o deməkdir ki, düzəlişin özü qüvvədə qalır, lakin prezidentə onun müəyyən müddət ərzində tətbiqindən imtina etmək səlahiyyəti verilir. Yəni, qayda özü mövcuddur, amma onun tətbiqi müvəqqəti olaraq dayandırılır. Prezidentin o günkü qərarı bu dayandırma səlahiyyətindən istifadə etməkdir.

Ləğv (Repeal): Ləğv olunma bir qanunun və ya düzəlişin tamamilə hüquqi qüvvəsini itirməsi və ABŞ qanunvericiliyindən çıxarılması deməkdir. Bu, "dayandırılma"dan fərqli olaraq, daimi bir prosesdir.

Bu dayandırma, əsasən, iqtisadi əməkdaşlığı genişləndirəcək və ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək. D. Trump vəzifədən gedən kimi, yeni prezident bir təsir vasitəsi kimi yenə də bunu dövriyyəyə soxacaq.

ABŞ qanunlarına görə bu düzəliş prezidentin qərarı ilə ləğv oluna bilərmi, yoxsa bunun üçün parlamentin qərarına ehtiyac var?

ABŞ qanunvericilik sistemində bir qanunun və ya düzəlişin tamamilə ləğv edilməsi (repeal) yalnız Konqresin (parlamentin) qərarı ilə mümkündür. Prezidentin bir qanunu təkbaşına ləğv etmək səlahiyyəti yoxdur.

Qanunun ləğv edilməsi prosesi: Bir qanunu ləğv etmək üçün Konqres yeni bir qanun qəbul etməlidir ki, bu da ləğv ediləcək qanunu açıq şəkildə qeyd etməlidir. Bu yeni qanun hər iki Palatadan (Nümayəndələr Palatası və Senat) keçməli və Prezident tərəfindən imzalanmalı (və ya Prezidentin vetosuna Konqres tərəfindən üstün gəlinməlidir). Bu, istənilən digər qanunun qəbulu prosesi ilə eynidir.

Prezidentin səlahiyyətləri: Prezidentin 907-ci düzəlişlə bağlı səlahiyyəti, 2001-ci ildə Konqres tərəfindən qəbul edilmiş bir düzəlişlə (Terrorla Mübarizə Aktı çərçivəsində) ona verilmiş "dayandırma" (waiver) səlahiyyətidir. Bu səlahiyyət prezidentə milli maraqlar çərçivəsində düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırmağa imkan verir. Yəni, prezident qanunu ləğv etmir, sadəcə onun tətbiqini müəyyən müddətə dayandırır. Hər maliyyə ilində bu dayandırma səlahiyyəti Prezident tərəfindən yenidən tətbiq edilməlidir.

Xülasə, 907-ci düzəliş bu gün Prezident Trampın qərarı ilə dayandırılıb, ləğv edilməyib. Onun tamamilə ləğv edilməsi üçün isə ABŞ Konqresinin qərarı tələb olunur. Bunun üçün isə ANTİ-907 hərəkatının bərpası, ABŞ hüquq və siyasi məsləhət şirkətləri ilə təmasa keçmək və geniş ictəmaiyyəti cəlb etməklə belə haqsızlığı birdəfəlik aradan qaldırmaq lazımdır.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Avqust 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri