Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

907 ci düzəlişin ləğvinin zəruriliyi...

907 ci düzəlişin ləğvinin zəruriliyi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Donald Trampın yenidən hakimiyyətə qayıdışı son 1 ildə beynəlxalq münasibətlər sistemində çoxvektorlu dəyişikliklərin başlanğıcını qoyduğu kimi, Azərbaycan-ABŞ əlaqələrində də yeni mərhələnin əsasını formalaşdırıb. Ötən dövrdə Vaşinqtonun Bakıya yönələn mesajlarında, yüksək səviyyəli dialoqlarda və regional təşəbbüslərə münasibətində açıq şəkildə müşahidə olunan dönüş ABŞ administrasiyasının Azərbaycanın regionda yaratdığı sabitlik modelini və sülh təşəbbüslərini yüksək qiymətləndirdiyini göstərir. Xüsusilə 2020-ci ildə əldə edilən qələbədən sonra bölgədə formalaşan yeni geosiyasi nizam, Azərbaycanın diplomatik manevr imkanları və praqmatik, ardıcıl xarici siyasət kursu ölkəmizi qlobal siyasi xəritənin aparıcı aktorlarından birinə çevirib. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının müəllifidir, həm də geniş Avrasiya məkanında enerji təhlükəsizliyi, nəqliyyat şəbəkələri, sülh prosesləri və əməkdaşlıq layihələrinin mərkəzində dayanan dövlət kimi çıxış edir.

ABŞ cəmiyyəti 907-ci düzəlişin ləğvini dəstəkləyir

Vurğulandığı kimi, ABŞ-ın Cənubi Qafqazda sülhün dəstəklənməsi, kommunikasiya xətlərinin açılmasına müsbət yanaşması, regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün göstərdiyi siyasi iradə Azərbaycan - ABŞ münasibətlərinin yeni inkişaf xəttini formalaşdırır. Bu dəyişikliklərin fonunda iki dövlət arasındakı münasibətlərə kölgə salan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvi regiondakı real münasibətlər sistemini bir az da irəliyə daşıya bilər. Sirr deyil ki, günümüzün regional dinamikası tamam fərqli konturlara əsaslanır: Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin aparıcı iştirakçısı və Cənubi Qafqazda sülh gündəliyinin əsas aparıcı qüvvəsidir. ABŞ-ın da bu reallığı qəbul etməsi 907-ci düzəlişin aradan qaldırılmasını daha aktual edir. Qeyd edək ki, Amerika cəmiyyətinin bir çox aparıcı siyasət və fikir adamları da bu fikri dəstəkləyir. ABŞ-ın Saratoqa Fondunun prezidenti Qlen Hovard bildirib ki, 907-ci düzəliş Azərbaycan və ABŞ arasında münasibətlərin erkən dövrünün qalığıdır və nəinki hər il uzadılmalı, birdəfəlik aradan qaldırılmalıdır. O qeyd edib ki, sənəd artıq köhnəlib və istifadə müddətini bitirib. “Çünki Azərbaycanla Ermənistan arasında dinc münasibətlər inkişaf edir. İki ölkə arasında ticarət mövcuddur, Azərbaycan taxıl və enerji təchiz edir. Yəni münasibətlər sürətlə normallaşır. Ona görə də 907-ci düzəliş öz aktuallığını və ABŞ üçün əhəmiyyətini itirib. Deməli, onun aradan qaldırılmasının vaxtıdır”, - deyə ekspert əlavə edib.

Qeyd edək bu kimi təşəbbüslər artıq birinci deyil - ötən ilin avqustunda ABŞ-ın Hudson İnstitutunda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilmişdi. Dəyirmi masada həmçinin ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin direktoru Mayk Doran Bakının prioritetlərinin ABŞ-ın maraqlarına uyğun olduğunu bildirmişdi. Doran demişdi ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Azərbaycanın bu istiqamətdə rolu barədə daha çox danışılmalıdır. Çıxış edən natiqlər də ikitərəfli münasibətlərdə irəliləyiş əldə etmək üçün danışıqların aparılmasının zərurətindən, 907-ci düzəlişin tam olaraq ləğv olunmasından söhbət açmışdılar.  Bundan başqa, Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ-la münasibətlər istiqamətində müzakirələr aparılmışdı.  

İkitərəfli münasibətlərdə “qara xətt”...

Qeyd edək ki, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən sözügedən düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Sonradan isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edildi. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz ötən ilin avqustunda Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır, ABŞ-n Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünü özündə ifadə edir. 907-ci düzəlişin ləğvi Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçir.

Düzəlişin ləğvi gündəmdədir...

Yeri gəlmişkən, artıq bu istiqamətdə bir sıra addımlar da atılıb. Ötəni ilin dekabrında ABŞ Konqresinə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edilib - H.R.6534 saylı qanun layihəsi Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır.

Beləliklə, 907-ci düzəlişin ləğvi həm regional, həm də ikitərəfli siyasi dialoqun gücləndirilməsində, regionda əməkdaşlığın stimullaşdırılmasında və Cənubi Qafqazın qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirməsində əsaslı rola malik ola bilər. Vurğulandığı kimi, bu addım həm tarixi ədalətsizliyi aradan qaldıracaq, həm də ABŞ-ın Cənubi Qafqazda yeni reallıqlara dəstəyini gücləndirəcək. Nəticə etibarilə, Bakı ilə Vaşinqton arasındakı münasibətlərin gücləndirilməsi, 907-ci düzəlişin ləğvi və regional əməkdaşlıq layihələrinin reallaşması Cənubi Qafqazın gələcək inkişaf xəttini müəyyənləşdirəcək əsas elementlərdəndir. Bu proses həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı fayda və strateji üstünlüklər yaradır.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Yanvar 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri