Icma.az
close
up
RU
907 nin tam ləğvinə doğru

907 nin tam ləğvinə doğru

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Bu günlərdə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Konqresə Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edib. Söhbət 1992-ci ildə qəbul olunmuş və ABŞ-ın Azərbaycana istənilən təyinatlı birbaşa yardımın göstərilməsini qadağan edən 907-ci düzəlişin tam ləğv edilməsindən gedir. Aydındır ki, bu düzəlişin tam qüvvədən düşməməsi ABŞ-Azərbaycan münasibətləri üçün bir maneədir və ikitərəfli əlaqələrin inkişaf dinamikasına əngəl olur.

ABŞ-ın hazırkı administrasiyası Azərbaycanla əməkdaşlığa böyük önəm verir, əlaqələri genişləndirməyi və dərinləşdirməyi hədəfləyir. Bunun bir göstəricisi də Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri zamanı Prezident Donald Trampın 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar imzalaması oldu.

Prezident İlham Əliyev ABŞ liderinin rəmzi jestinin çox dərin mənası olduğunu deyib: "Təbii ki, bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik. Beləliklə, bu gün 907-ci düzəliş əsasən siyasi və rəmzi məna daşıyır. Bu, artıq ədalətsizliyin aradan qalxdığını göstərir".

Azərbaycan lideri bu ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

ABŞ Konqresi vaxtilə Azərbaycanın böyük ehtiyac duyduğu, torpaqlarının işğal edildiyi, qaçqın problemi, iqtisadi böhran yaşadığı çətin bir dönəmdə tarixi ədalətsizliyə yol verərək erməni diasporunun dəstəyi ilə bu qərarı qəbul etdi. Həmin düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan etməklə Azərbaycanı Ermənistan qarşısında zəiflətməyə və təcavüzə kömək etməyə təşviq edirdi. Qeyd edək ki, Azərbaycan sanksiyalar altında olan yeganə keçmiş sovet respublikası idi.

Rəsmi Bakı Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.

Onu da vurğulamaq vacibdir ki, ABŞ və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında sənəd imzalayıblar. Artıq bu istiqamətdə proses başlayıb. Bu, iki ölkənin münasibətləri üçün mühüm tarixi bir addımdır. Bakı-Vaşinqton əlaqələri üçün perspektiv imkanlar çox genişdir, belə olan halda 907-ci düzəliş kimi maneələrə yer qalmamalıdır. Bir faktı da vurğulayaq ki, ötən ay Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti Konqres və Senat, nüfuzlu beyin mərkəzləri da daxil olmaqla bir sıra görüşlər keçirib, müzakirələr aparıblar. Bütün görüşlərdə həm də 907-ci düzəlişin birdəfəlik ləğvi gündəmə gətirilərək müzakirə edilib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı "525"ə bildirib ki, 907-ci düzəlişin tam ləğvi mütləqdir: "Bununla bağlı Azərbaycan Prezidenti Vaşinqtona səfəri zamanı ABŞ lideri ilə razılıq əldə edilib. 907-ci düzəlişin ləğvi ABŞ-ın hazırkı administrasiyasının Azərbaycana yönəlik münasibətidir və biz bunu gözləyirik".

Deputat əlavə edib ki, 1992-ci ildə Azərbaycan torpaqları işğal altında olanda ölkəmizə qarşı çox ədalətsiz bir qərar qəbul edildi: "İşğalçıya heç nə deyilmədən işğala məruz qalan tərəfə belə sanksiya tətbiq edilirsə, bu, beynəlxalq hüququn ayaqlar altına atılması və çox böyük ədalətsizlik idi. O zaman məlum idi ki, 907-ci düzəlişin həmmüəlliflərindən biri ABŞ-ın bundan əvvəlki prezidenti Co Bayden olub. Donald Tramp bunu çox gözəl anlayır, Azərbaycanla münasibətlərə önəm verir və buna görə də hesab edirəm ki, 907-ci düzəlişin ləğvi məsələsi necə ki, razılaşdırılıb, elə də yekun qərar qəbul ediləcək. Yəni birmənalı şəkildə bu düzəliş ləğv olunmalıdır".

A.Əlizadə əlavə edib ki, Azərbaycan-ABŞ münasibətləri istiləşməyə doğru gedir, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında, kommunikasiyaların açılmasında Birləşmiş Ştatlar öz səylərini göstərməkdədir: "Bunun fonunda təbii ki, Azərbaycanla münasibətləri normallaşdırmaq, yaxınlaşdırmaq üçün 907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır ki, biz bu qərarın nəhayət, qəbul olunacağını gözləyirik".

Deputat istisna etmir ki, ABŞ qanunverci orqanında bunun ləğvinə qarşı çıxmaq istəyənlər olacaq: "Qarşı tərəfin buna hansı səviyyədə nail ola biləcəyini zaman göstərəcək. İstənilən halda Konqresdə həm də demokratları dəstəkləyən müəyyən ermənipərəst qüvvələr var, onların arasında da 907-ci düzəlişin ləğvinə təbii ki, maneə olmaq istəyənlər olacaq. Bütün hallarda ümid edirəm ki, bu səylər əbəsdir və nəticə etibarilə Azərbaycanla münasibətlərin normallaşması, irəli aparılması  baxımından 907-ci düzəlişin ləğvi gözləniləndir".

Onun sözlərinə görə, buna nail olunsa, ABŞ-Azərbaycan münasibətlərində yeni bir səhifə açılacaq, əlaqələrimiz daha da inkişaf edəcək: "Təbii ki, buna əsas maneələrdən biri məhz 907-ci düzəlişdir. Bu, siyasi, iqtisadi, ticari münasibətlərə çox ciddi təsir göstərən amildir. Eyni zamanda, qeyd etdiyim kimi, Zəngəzur dəhlizinin açılmasında da ABŞ Azərbaycanla əməkdaşlıq etməkdədir. Bu kontekstdə də, kommunikasiya xətlərinin açılması və genişlənməsi fonunda da ABŞ - Azərbaycan münasibətlərinin bir qədər də yaxınlaşmasına, istiləşməsinə ehtiyac var. Bu baxımdan da 907-ci düzəlişin ləğvi mütləqdir və gözləniləndir".

Politoloq İlqar Vəlizadə isə "525"ə şərhində deyib ki, 907-ci düzəlişin ləğvi çoxmərhələli prosesdir: "İndi birincisi, yəni təşəbbüs mərhələsi başlayıb. Sonra komitələrdə müzakirələr aparılır, ardınca mövzu ümumi müzakirələrə çıxarılır. Bizim prosesə bənzər bir mərhələli proses aparılır. Çox güman ki, müzakirələr zamanı ermənipərəst  qüvvələr, erməni lobbisi və onlara pərəstiş edən müxtəlif siyasətçilər maneəçilik törətməyə çalışacaqlar. Yəni bu, o qədər də asan başa gəlməyəcək. Ancaq yəqin ki, bir çox məsələ indiki ABŞ administrasiyasının iradəsindən, istəyindən asılıdır. Hələ vaxt var, ABŞ administrasiyası yeni işə başlayıb, təxminən bir ildir fəaliyyət göstərir. Yəqin ki, qarşıdakı illər ərzində bu təşəbbüsü reallaşdırmaq mümkün olacaq. Hər halda belə ümidlər var, bu addımın özü ümidvericidir, ona görə də prosesin gedişini izləyək".

Politoloq avqust ayında dövlət başçılarının Vaşinqtonda keçirilən  görüşünə diqqət çəkərək deyib ki, həmin görüşdə Azərbaycan və ABŞ arasında bir vacib razılıq əldə olunub ki, söhbət Strateji Tərəfdaşlıq Xartiyasından gedir. Deməli, tərəflər yaxın müddət ərzində strateji münasibətlərlə bağlı bir saziş bağlamalıdırlar, yəni onun üzərində iş gedir. Bununla bağlı açıqlamalar da olub, hətta belə fikir səsləndirilib ki, bu iş yarım il ərzində başa çatmalıdır və saziş layihəsinin mətni tərəflərə təqdim edilməlidir. İndi 907-ci düzəlişlə bağlı addımın atılması da onu göstərir ki, proses artıq başlayıb, iş gedir. Əgər strateji tərəfdaşlıqla bağlı qərar qəbul olunsa, bu qərar həmin 907-ci düzəliş aradan qaldırılmadan nə dərəcədə bir-biri ilə uyğunluq təşkil edə bilər? Yəni 907-ci düzəliş əslində bu sənədin reallaşmasında böyük bir əngəl olacaq. Ona görə də bu, nonsesdir. Bir tərəfdən sən strateji əməkdaşlıqdan danışırsan, öz maraqlarının regionda təmin olunmasından, hətta genişləndirilməsindən danışırsan, digər tərəfdən parlamentində, yaxud Konqresdə belə bir düzəliş qəbul edilib ki, o da həmin bu sənədi əngəlləyir. Əlbəttə ki, bu, hüquqi-siyasi nonsesin aradan qaldırılması üçün tərəfdaşlıqla bağlı saziş mühüm rol oynaya bilər. Ona görə yenə təkrar edirəm ki, ümidlər artır, düşünmək olar ki, yaxın illərdə qərəzli 907-ci düzəliş aradan qaldırılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see347

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see244

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see149

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see134

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri