Icma.az
close
up
RU
91 yaşlı Artur Rasizadə: “Naxçıvana qatarla da gedəcəyik”

91 yaşlı Artur Rasizadə: “Naxçıvana qatarla da gedəcəyik”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün, fevralın 26-da Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadənin doğum günüdür. Hökumətə 22 il rəhbərlik etmiş Artur müəllimin 91 yaşı tamam olur. 1935-ci ildə Gəncədə (küçmiş Kirovabad) anadan olan Artur Tahir oğlu Rasizadə 1996–2003, 2003–2018-ci illərdə Nazirlər Kabinetinə rəhbərlik edib. Əslən Naxçıvan Muxtar Respublikasından olan, 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirən A.Rasizadə 1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirərək, Azərbaycan Neft Maşınqayırma ETİ “AzİNMAŞ”-da əmək fəaliyyətinə mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyib.

1973–1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975–1977-ci illərdə “İttifaqneftmaş” EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olub. 1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-da maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib. 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olub.

11 fevral 1999-cu ildən İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyaya sədrlik edib. Xodmətləri dövlət tərəfindən daim yüksək qiymətləndirilib. 1-ci dərəcəli “Vətənə xidmətə görə”, “Şöhrət”, “Şərəf”, İstiqlal ordenləri və digər çoxsaylı mükafatlarla təltif olunan Artur Rasizadə 2205-ci ilin 20 fevralında Prezidentin Sərəncam ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeninə layiq görülüb. Qeyd edək ki, Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, böyük ədibimiz Hüseyn Cavidin qardaşı nəvəsidir. Doğum günündə Artur müəllimi arayıb, təbrik etdik, fürsət düşmüşkən, qısa da olsa, suallarımıza cavab aldıq. Sabiq baş nazirin Musavat.com-a müsahibəsini təqdim edirik:

- Artur müəllim, Sizi doğum gününüzü təbrik edirəm.

- Minnətdaram. Çox sağ olun.

- Maşallah səsiniz gümrah eşidilir. Səhhətiniz necədir?

- (Gülür) Allaha dua edirəm.

- 91 yaş elə də çox yaş sayılmır. Alimlərin fikrincə, insan 150 il yaşamağa qadirdir.

- (Gülür) O, Allahın işidir.

- Siz təvazökar ömür yaşamısınız, hökumətə rəhbərlik etdiyiniz illərdə də gözünüz dünya malında olmayıb. Sabiq təhsil naziri Misir Mərdanov da Sizə doğum günü təbrikində bu barədə yazıb. Onu da xatırladıb ki, 2005-ci ildə 70 illik yubileyində bir dəstə qızılgülü böyük çətinliklə Artur müəllimə təqdim edə bildim...

- (Ürəkdən gülür)...

- Belə görünür doğum gününüzdə də hədiyyə almırsınız, eləmi?

- Elədir. Elədir.

- Bu gün həm də Xocalı soyqırımının ildönümüdür...

- Bəli. Elə o vaxtdan, 92-ci ildən doğum günümü qeyd eləmirəm. Aradabir ailə üzvlərimizlə süfrə arxasında otururuq. Amma geniş şəkildə qeyd eləmirəm.

- Doğum gününüzdə səhər ilk təbriki kimdən alırsınız?

- Nəticələrdən.

- Allah qorusun. Artur müəllim, zəng etmişkən, bir neçə digər sualıma da mcavab almaq istəyirəm, icazənizlə. Cənab Prezidentin siyasəti Cənubi Qafqaza sülh gətirməkdədir. Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin başlanmasını sabiq hökumət rəhbəri olaraq necə dəyərləndirirsiniz?

- Təbii ki, bu, məni sevindirir. Birmənalı şəkildə. Cənab Prezidentin siyasəti imkan verir ki, aramızda sülh olsun. Amma bəzi şərtlər də var ki, onlar da həll olunmaqdadır. İnsanlara nə lazımdır? Sülh. Ona görə də birmənalı şəkildə bu prosesi, əlaqələri təqdir edirəm.

- İnşallah Zəngəzur dəhlizi də reallaşacaq, cənab Prezident əminliklə bəyan edib.

- Bəli. İnşallah onu da görərik. Hamımız kömək eləməliyik. Hər kəs öz yerində.

- Mətbuatda Sizi nadir hallarda görürük, çox sağ olun ki, suallarımızı cavablandırırsınız. Yəqin ki, Vaşinqton razılaşmasını, sonrakı prosesləri izləyirsiniz...

- (Gülərək) Məni təbrik elədin, sağ ol. Amma daha bu, intervü oldu.

- Yəqin Zəngəzur dəhlizindən keçib, Hüseyn Cavidin məqbərəsini ziyarət etməyi də arzulayırsınız, eləmi?

- Bəli, arzulayıram. Bir dəfə Tiflisə rəsmi səfərim olub. Onda hələ torpaqlar azad olunmamışdı. Gürcüstanın da ərazi itkisi ilə bağlı problemləri var, Abxaziya və Cənubi Osetiya ilə bağlı. Gürcüstan prezidenti ilə görüşəndə dedim ki, mən tam inanıram ki, növbəti görüşümüz Xankəndidə və Suxumidə (işğal altındakı Abxaziyada şəhər-E.P.) olacaq. Mən bu sözləri hələ o vaxt demişəm. Ona görə də inşallah Naxçıvana qatarla da gedəcəyik. Təkcə Naxçıvana yox, Türkiyəyə də, başqa yerə də...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri