964 uşaq bu riskdən qurtuldu Nazirlik açıqlama yaydı
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb.
"Yeni Sabah" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi 2020-ci ildən bu günədək 884 uşağın sosial xidmət müəssisələrindən ailələrinə reinteqrasiyasını təmin edib.
Nazirlikdən verilən məlumata görə, uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələr üçün sosial dəstək tədbirlərini əhatə edən ailə inkişaf planları hazırlanır. Həmin planlar əsasında ailələrin müxtəlif istiqamətlər üzrə gücləndirilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq dəstək göstərilir. Dördpendirli pizza
Bildirilib ki, uşaqlar ailələrinə qaytarıldıqdan sonra onların ailədəki vəziyyətinin qiymətləndirilməsi və hüquqlarının qorunması məqsədilə mütəmadi monitorinqlər aparılır.
Qeyd olunub ki, Agentlik tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də sosial-psixoloji dəstək və maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər nəticəsində ötən dövrdə 964 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə verilməsinin qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















