Icma.az
close
up
RU
99 mükafat: 34 mövsüm, 21 komanda

99 mükafat: 34 mövsüm, 21 komanda

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 2025/26 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib.

Sportal.az xəbər verir ki, ilk çempionluğu qazanan “Sabah”ın ardından “üçlük”də yerini təmin edən “Qarabağ”la “Turan Tovuz”un hansı əyarlı medal qazandığı XXXII turda bəlli olub.

"Qarabağ" “İmişli” üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində oynayacağı dəqiqləşib.

XXXII turda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Turan Tovuz” isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – “Qarabağ” yenə medalçılar sırasında qalıb. “Sabah” fasilədən sonra “üçlüy”ə qayıdıbsa, “Turan Tovuz” ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin “üçlük”də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də “Qarabağ” bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.

Premyer Liqanın bütün mükafatçıları 

mövsüm çempion II yer III yer 1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz) 1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz) 1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə) 1994/95 Kəpəz (Gəncə) Turan (Tovuz) Neftçi (Bakı) 1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə) 1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna) 1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir 1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı) 1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı) 2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı) 2001/02 Yarımçıq qalıb      2002/03 Keçirilməyib     2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam) 2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax) 2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı) 2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı 2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı) 2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)  2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam) 2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam) 2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı) 2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı) 2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ 2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ 2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ 2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı) 2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı) 2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı) 2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı) 2020/21 Neftçi (Bakı) Qarabağ (Ağdam) Sumqayıt 2021/22 Qarabağ (Ağdam) Neftçi (Bakı) Zirə (Bakı) 2022/23 Qarabağ (Ağdam) Sabah (Bakı) Neftçi (Bakı) 2023/24 Qarabağ (Ağdam) Zirə (Bakı) Sabah (Bakı) 2024/25 Qarabağ (Ağdam) Zirə (Bakı) Araz-Naxçıvan 2025/26 Sabah (Bakı) Qarabağ (Ağdam) Turan Tovuz

34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni “Neftçi”, 20-ni “Qarabağ” əldə edib.

Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında “Neftçi”nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.

“Turan Tovuz” 21-ci mükafatçı kimi tarixə düşübsə, “Sabah” hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.

Premyer Liqanın mükafatçıları klublar üzrə:

klub I II III Qarabağ (Ağdam) 12 5 3 Neftçi (Bakı) 9 5 7 Kəpəz (Gəncə) 3 1 2 Şamaxı 2 3 4 Bakı 2 2 2 Şəmkir 2 2 0 Turan (Tovuz) 1 1 2 Xəzər Lənkəran 1 3 0 Sabah (Bakı) 1 1 1 Zirə (Bakı) 0 3 1 Qəbələ 0 2 3 Xəzər (Sumqayıt) 0 2 0 Xəzri (Bakı) 0 1 1 Karvan (Yevlax) 0 1 1 Olimpik (Bakı) 0 1 0 Simurq (Zaqatala) 0 0 1 Viləş (Masallı) 0 0 1 Səbail (Bakı) 0 0 1 Sumqayıt 0 0 1 Araz-Naxçıvan 0 0 1 Turan Tovuz 0 0 1

Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 May 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri