Icma.az
close
up
RU
A vitamini haqda BİLMƏDİKLƏRİMİZ: Xərçəng riskini artıra bilər

A vitamini haqda BİLMƏDİKLƏRİMİZ: Xərçəng riskini artıra bilər

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

A vitamininin həm çatışmazlığı, həm də artıq miqdarı xərçəng riskini yüksəldə bilər.
Bizim.Media xəbər verir ki, yeni araşdırmaların nıticəsi bunu göstərib.
Endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, alimlər orqanizmdə U-şəkilli asılılıq aşkarlayıblar: belə ki, A vitamininin çatışmazlığı xərçəng riskini artırır, artıq dozası isə oxşar nəticələrə gətirib çıxarır. Vitaminin normadan artıq qəbulu mədədə, qida borusunda, döşdə və yoğun bağırsaqda bəzi şişlərin yaranma ehtimalını demək olar ki, iki dəfə yüksəldir.
Bundan başqa, A vitamininin həddindən artıq qəbulu ürəkbulanma, halsızlıq, baş ağrıları, sümüklərin tez sınması, qaraciyərin zədələnməsi ilə nəticələnə bilər.
Vitaminin optimal gündəlik qəbul miqdarı təxminən 85–104 mkq-dır. Bu göstərici xərçəng halları qeydə alınmayan nəzarət qrupunun orta göstəricisidir.
Həkim əlavə edib ki, A vitamini görməni, immuniteti, dəri və saçın vəziyyətini yaxşılaşdırır, sinir
sistemi və hüceyrə membranlarının inkişafında iştirak edir.
A vitamini əsasən bu mənbələrdə mövcuddur:
— Retinol (hazır forma, heyvani mənşəli məhsullar): kərə yağı, yumurta, yağlı balıq, süd məhsulları;
— Beta-karotin (provitamin, bitki mənşəli mənbələr): yerkökü, balqabaq, ispanaq, şirin bibər, brokkoli, ərik.
Zuxra Pavlova vurğulayıb ki, beta-karotin daha təhlükəsizdir: orqanizm yalnız lazım olan miqdarı çevrilmiş formada qəbul edir. O, həmçinin bildirib ki, A vitamini və digər yağda həll olunan vitaminlərin (D, E, K) əlavələrini yalnız həkim göstərişi ilə qəbul etmək lazımdır. Çox vaxt insanlar lazım olan vitamini gündəlik qidalanmadan alırlar, “profilaktik” doza isə əksinə, zərər verə bilər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri