Icma.az
close
up
RU
Tatuaj xərçəng riskini artıra bilər

Tatuaj xərçəng riskini artıra bilər

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dərinin altına mürəkkəb yeridilməsi ilə edilən tatuajların sağlamlığa təsirləri ilə bağlı araşdırmalar davam edir.
Bakıvaxtı.az
xəbər verir ki, son elmi tədqiqatlar göstərir ki, bəzi tatuaj mürəkkəbləri tərkibində kanserogen və toksik maddələr ehtiva edə bilər.
Xüsusilə, qara mürəkkəbdə olan polisiklik aromatik karbohidrogenlər (PAH) və digər ağır metalların hüceyrə DNT-sinə zərər verə biləcəyi bildirilir.
Avropa Kimyəvi Agentliyinin (ECHA) apardığı araşdırmalara görə, bəzi kimyəvi maddələr uzunmüddətli təsirlər nəticəsində dəridə iltihabi proseslər və xərçəng riskini artıra bilər. Bundan əlavə, tatuaj edilən mürəkkəbin zamanla limfa düyünlərinə toplanaraq bədənin immun sisteminə təsir göstərə biləcəyi qeyd olunur. Dermatoloqlar və onkoloqlar bu sahədə daha geniş araşdırmaların aparılmasının vacib olduğunu vurğulayırlar və insanlara tatuaj etdirərkən sertifikatlı, keyfiyyətli mürəkkəblərdən istifadə etməyi tövsiyə edirlər.
Tatuajların sağlamlığa təsirləri ilə bağlı son araşdırmalar bu estetik praktikanın potensial risklərini ortaya qoyur. İsveçin Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında 20-60 yaş arası 11.905 nəfərin məlumatlarını təhlil edərək, döymə etdirən şəxslərdə limfa xərçənginin inkişaf riskinin 21% daha yüksək olduğunu müəyyən ediblər. Bu riskin, döymə zamanı istifadə edilən mürəkkəblərdəki kanserogen kimyəvi maddələrin orqanizmə daxil olması ilə əlaqəli olduğu vurğulanır.

Bundan əlavə, Bingemton Universitetinin alimləri tərəfindən aparılan bir araşdırmada, tatuaj mürəkkəblərinin 90%-də etiketdə qeyd olunmayan maddələrin olduğu aşkar edilib. Bu maddələr arasında polietilen qlikol və propilen qlikol kimi zərərli birləşmələr də var ki, bunlar daxili orqanların funksiyasını poza və allergik reaksiyalara səbəb ola bilər.  
Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri