AB Aspides Əməliyyatı üçün 10 gəmi tapa bilmir
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Birliyi Qırmızı dənizdə Aspides Əməliyyatı üçün dəniz donanmasını cəlb etməkdə çətinlik çəkir. Oxuməni.az xəbər verir ki, bu barədə Lüksemburqda xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında AB Xarici İşlər Xidmətinin rəhbəri Kaja Kallas bildirib.
Xanım Kallas qeyd edib ki, müxtəlif üzv dövlətlərdən gəmilərin verilməsi ilə bağlı bir neçə təklif alınıb, lakin bu təkliflər hələ razılaşdırılmayıb. AB ölkələri Qırmızı dənizdə artıq yerləşdirilən altı gəmiyə əlavə olaraq bölgəyə daha iki gəmi göndərmək imkanını müzakirə ediblər, lakin bu məsələdə fikir birliyi yoxdur.
Kaja Kallas vurğulayıb ki, əgər AB regionda ciddi qəbul edilmək istəyirsə, əməliyyatda tam iştirak üçün lazımi imkanları tapmalıdır. O, həmçinin xatırladıb ki, Səudiyyə Ərəbistanı Avropa Birliyini Qırmızı dənizdə təhlükəsizliyi daha fəal şəkildə təmin etməyə və gəmiləri Bab əl-Məndəb boğazından keçirməyə çağırıb, lakin AB-nin hazırda bunun üçün kifayət qədər qüvvəsi yoxdur.
"Aspides" əməliyyatı Qırmızı dənizdə və ətraf sularda naviqasiya azadlığını qorumaq, ticarət gəmilərini müşayiət etmək və qanunsuz silah ticarətinin qarşısını almaq məqsədi daşıyır. Missiyanın mandatı 2027-ci ilin fevral ayına qədər uzadılıb.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Oktyabr 2026 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















