Icma.az
close
up
RU
Abasov: “İnkişaf istəyiriksə, özümüzü analiz etməliyik”

Abasov: “İnkişaf istəyiriksə, özümüzü analiz etməliyik”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Neftçi” – “Zirə” (2:4) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

– Görünən odur ki, yayda yığılan komandanın gücü 45 dəqiqəyə çatır. 2 top önə keçib, məğlub olursuzsa, siz problemi nədə görürsüz?

– Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq. Ağadaş Salyanski təkbətək çıxıb, “Zirə”yə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin hər etdiyi hücum təhlükəli epizodlarla bitirdi. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Hər oyuna motivasiya ilə çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, dediyimiz problemlərin təsdiqidir. Birəbir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistikada da hər şey görsənir. Özümüzə təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Kubokdakı matça hazırlaşmalıyıq. O oyunda daha başqa motivasiya ilə karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Bildiyimiz şeylərdi başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu mövsüm çox çətin görünür. Çox olan şeyləri mətbuat konfransında açıb deyə bilmirik.

– Kubokun ilk oyununda “Sabah”a uduzduğunuzu nəzərə alsaq, geridönüşə inanırsız?

– Əlbəttə, inanırıq. “Turan Tovuz”la oyundan sonra “Sabah” da kuboku son çıxış yolu kimi görür. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

– Qeyd etidiyiniz problemləri nəzərə aldıqda, məşqçi kimi özünüzün bu məğlubiyyətlərdə payını görürsüz?

– İnkişaf etmək istəyiriksə, özümüzü analiz etməliyik. Ən yaxşı yolu özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Bütün baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmə gəlirik, problemli komandanı götürürük. Günahkar kimi baş məşqçini görəcəklərini də bilirdik. Bu oyun həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

– “Sumqayıt”ın oyunçuları ilə işləmək çətin idi yoxsa “Neftçi”ylə?

– “Sumqayıt”da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan, hər oyundan sonra kritik hadisələr baş verir. “Neftçi”də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci ildən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, göz qabağına alaraq gəlmişik. “Sumqayıt”a da yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra UEFA Konfrans Liqasına da vəsiqə qazandıq. Bu il də belə olacaq. “Neftçi”də çətin olsada, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, iddialıdan uzaq komandayıq.

– “Neftçi”yə gəldikdən sonra “Zirə” ilə son 3 oyunun 2-dən qalib ayrılmışdız. Rəşad Sadıqov da sizin işinizi yüksək qiymətləndirir…

– Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir ki, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda Rəşad kimi öz “stoyka”sını saxlayan insanlar var. Arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Aprel 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri