Keçmiş diplomat: Ankara artıq bizə hörmət etmir
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstanın keçmiş xarici işlər nazirinin müavini, Rusiya və Ukraynadakı keçmiş səfiri Valeri Çeçelaşvili Türkiyənin Batumidə futbol matçı zamanı baş verən hadisələrə verdiyi reaksiyanın tonundan qəzəbləndiyini bildirib.
"Yeni Sabah" PalitraNews-a istinadla xəbər verir ki, onun fikrincə, Ankaranın sərt mövqeyi, iki ölkə arasında strateji tərəfdaşlığa baxmayaraq, Türkiyənin artıq Gürcüstana eyni hörmətlə yanaşmadığını göstərir.
Çeçelaşvili qeyd edib ki, səhv matçın Batumidə keçirilməsində deyil, Gürcüstan hakimiyyətinin potensial riskləri qiymətləndirməməsi və təhlükəsizliyi təmin etməməsidir. O, azarkeşlərə davranış qaydaları və görülən zəruri profilaktik tədbirlər barədə əvvəlcədən xəbərdarlıq edilməli olduğunu iddia edib. Bakıda online alış-veriş
Diplomat Tbilisinin Türkiyə parlamentində Abxaziya ilə dostluq qrupunun yaradılmasına lazımi reaksiya verməməsini də tənqid edib. O bu məsələni Gürcüstan üçün "ciddi və ağrılı" adlandırıb.
Keçmiş diplomat Gürcüstanın beynəlxalq mövqeyinin əsasən Avropa İttifaqı və ABŞ-ın regiondakı etibarlı tərəfdaşı kimi nüfuzuna əsaslandığını bildirib. Lakin, onun fikrincə, ölkə bu vacib təməli itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Noyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















