Icma.az
close
up
RU
ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır

ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

ABB Dünya İqtisadi Forumu (Davos Forumu) ilə tərəfdaşlığa başlayır.

Belə bir tərəfdaşlıq ABB-nin beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Bank Forumun dünyanın müxtəlif ölkələrində keçirəcəyi tədbirlərdə iştirak edəcək, müzakirələrdə öz spikerləri ilə təmsil olunacaq, yeni tərəfdaşlarla, o cümlədən investorlarla işgüzar əlaqələr quracaq.

Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycana səfər çərçivəsində ABB-nin baş ofisində də görüş keçiriblər. Onlara bankın fəaliyyəti, strateji hədəfləri, son illər reallaşdırdığı uğurlu layihələr haqqında məlumat verilib. Gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. ABB-nin Forumla tərəfdaşlıqdan faydalanmaq imkanları, dünyadakı digər böyük bankların bu sahədə təcrübələri və s. mövzular ətrafında müzakirələr aparılıb. Görüş zamanı ABB-nin Dünya İqtisadi Forumu ilə tərəfdaşlığına dair sənəd də imzalanıb.

Davos Forumu adı ilə məşhur olan Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Onun əsas məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, biznes qurumlarını, sahibkarları bir araya gətirmək, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir imkanlarına malikdir. Burada irəli sürülən yeni fikirlər, təşəbbüslər qlobal iqtisadiyyata istiqamət verir. Azərbaycan Dünya İqtisadi Forumunda 1995-ci ildən fəal şəkildə təmsil olunmaqdadır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see809

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see728

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see262

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see261

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see252

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see235

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see229

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see216

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see192

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see191

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see190

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see189

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see185

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see184

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see176

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see173

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri