Moskva Paşinyana iki şərt irəli sürəcək
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya dekabrın 3-də Moskvada keçiriləcək görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyana 2 şərt irəli sürməyi planlaşdırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Past" qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Paşinyanla Ermənistana tədarük olunan enerji daşıyıcılarının hazırkı qiymətlərinin saxlanılmasını müzakirə edəcək.
Moskvanın qiymətləri sabit saxlaması üçün İrəvandan Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunu ləğv etməyi və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu"nun (TRIPP) mühafizəsini Rusiya sərhədçilərinə həvalə etməyi tələb ediləcəyi iddia olunur.
Qəzetin iddiasına görə, Moskva bu iki şərtin yerinə yetirilməsini Ermənistan-Rusiya münasibətlərinin normallaşması üçün də vacib hesab edir.
Qeyd edək ki, Ermənistanın Baş naziri dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Noyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















