ABB nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan-Fransız Universitetində (UFAZ) “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Ölkəmizdə biznes-universitet tərəfdaşlığının inkişafına dəstək verən ABB də elmi konfransın təşkilinə tərəfdaşlıq köməyi göstərib. Elmi tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Neft və Sənaye Universiteti (ADNSU), Strasburq Universiteti (UNISTRA) və onun iCube Laboratoriyası, eləcə də Fransanın INSA Rouen Normandie Universiteti və onun LITIS Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində keçirilib.
Konfrans rəqəmsal dövrdə süni intellektin real tətbiqləri, yeni elmi nailiyyətlər və innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparmaq məqsədilə aparıcı tədqiqatçıları, mütəxəssisləri, strateji qərarvericiləri və sənaye nümayəndələrini bir araya gətirib. Tədbirdə ABB-nin süni intellekt sahəsində qazandığı nümunəvi təcrübə də təqdim olunub.
Qeyd edək ki, ABB süni intellekt texnologiyalarını erkən mərhələdə təkcə ölkəmizdə və regionda deyil, qlobal miqyasda tətbiq edən ilk banklardandır. Hazırda ABB-nin müxtəlif istiqamətlər üzrə faydalandığı süni intellekt modellərinin sayı 180-ə çatıb. Süni intellekt texnologiyalarının Bank üçün yaratdığı müsbət maliyyə təsiri 35 milyon manatı ötüb. ABB bu sahəyə davamlı investisiyalar edərək özünün dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturunu da qurur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 İyun 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















